Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək

Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcək.
İqtisadi İnkişaf Nazirliyindən "APA-ECONOMICS"ə verilən məlumata görə, qurbanlıq heyvanların satışı qeyd olunan ünvanlarda - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryolu stansiyasının yanı, Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı, Xətai rayonu, Nobel prospekti, "Nargilə" kafesinin yanı, Gəncə prospekti, "Fərid" şadlıq evinin qarşısı, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, tikiş sexinin yanı, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, "Bakı Toxuculuq" ASC-nin yanı, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı, Səbail rayonu Bibiheybət yolu, "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yanı, 20-ci sahə dairəsi, ticarət cərgəsinin arxasındakı boş sahə, Yasamal rayonu Şərifzadə küçəsi,196, "İdeal" şadlıq sarayının həyəti, Binəqədi rayonu 8-ci mkr, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi, Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, "Baksol" yolu ilə kəsişmənin yanı, Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi yolunun A.Zeynallı küçəsi ilə kəsişməsi, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, qəsəbə mərkəzi, Nizami rayonu R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, "Milord" restoranının yanı, Xəzər rayonu Binə qəsəbəsi, Əliağa Vahid küçəsi-6, Sovxoz yolu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmir yolu stansiyasının yanı, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, "Bank of Baku"nun qarşısı, Qaradağ rayonu Lökbatan qəsəbəsi və "Meyvəli" bazarının yanı, Sahil qəsəbəsi, Mədəniyyət evinin yanında təşkil ediləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında