Erməni diasporu prezident seçkilərində Obama və Romniyə dəstək verməyəcəyini açıqlayıb

ANCA-nın sədri: "Nə Barak Obama, nə Mitt Romni ABŞ-dakı erməni diasporunun dəstəyinə layiq namizədlər deyil"
Amerika Erməni Milli Komitəsi bəyan edib ki, noyabrın 6-da keçiriləcək prezident seçkilərində nə hazırkı Prezident Barak Obama, nə prezidentliyə namizəd Mitt Romni erməni diasporunun rəsmi dəstəyinə ümid edə bilməzlər.
APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, diasporun seçkilərdə tutacağı mövqeni ANCA rəhbəri Ken Xaçikyan açıqlamışdır: "Nə erməni məsələsinə dair verdiyi çoxsaylı vədləri yerinə yetirməmiş Barak Obama, nə Massaçusets qubernatoru olduğu dövrdə erməniləri narahat edən məsələlərə vaxt ayırmayan Mitt Romni ABŞ-dakı erməni diasporunun etimadını qazana bilməyiblər. Kiçik bir tərəqqi əldə olunmasına rəğmən, ABŞ-da erməni məsələsi hələ də Türkiyə və Azərbaycan məmurları tərəfindən diktə siyasətinin girovu olaraq qalır. Biz konstruktiv dialoq üçün açıq olsaq da, bu dəfə seçkilərdə namizədlərdən heç birini müdafiə etməyəcəyik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında