İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII zirvə toplantısı İranın mətbuat və informasiya məkanında diqqətlə izlənilir

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda keçirilən XII zirvə toplantısı, o cümlədən Prezident Mahmud Əhmədinejadın rəhbərliyi ilə İran nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri bu ölkənin mətbuat və informasiya məkanında diqqətlə izlənilməkdədir.
Mətbuat M.Əhmədinejadın Bakıda böyük diqqət və qonaqpərvərliklə qarşılanmasını Azərbaycanın İran ilə dostluq münasibətlərində səmimi olmasının göstəricisi kimi qiymətləndirir.
Mehrnews.com xəbər agentliyinin veb-saytında yerləşdirilmiş "Əhmədinejadın Bakı səfərinin göstəriciləri" (http://www.mehrnews.com/fa/newsdetail.aspx?NewsID=172046) başlıqlı analitik təhlildə yazılır: "Azərbaycan Respublikası İran ilə mehriban qonşuluğa, tarixi və mədəni ortaqlıq məsələlərinə çox həssaslıqla yanaşır və bu məqamlarda qətiyyətli mövqedədir".
Ölkənin ən nüfuzlu media orqanları sırasında olan "İran" qəzeti (15.10.2012,№5202) isə yazır ki, iki ölkə münasibətlərinin inkişafı siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə etdiyi kimi, beynəlxalq təşkilatlarda səmimi əməkdaşlıq məsələlərində də özünü göstərir.
İRNA xəbər agentliyi isə veb-saytında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı, o cümlədən Prezident Mahmud Əhmədinejadın rəhbərliyi ilə İran nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfərinin təfərrüatları barədə və zirvə toplantısı çərçivəsində keçirilən ikitərəfli görüşlərdən (www.irna.ir/fa/News/80372611; www.irna.ir/fa/News/80372696; www.irna.ir/fa/News/80372611 və s.) onlarla informasiya və analitik mətn yerləşdirmişdir. Bu mətnlərdə xüsusi olaraq qeyd olunur ki, İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin və baş katibliyin Azərbaycan Respublikasına keçməsi təşkilatın fəaliyyətinin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir edəcəkdir. Çünki hərtərəfli inkişafda olan Azərbaycan Respublikası beynəlxalq və regional proseslərdə, o cümlədən beynəlxalq iqtisadi layihələrin gerçəkləşdirilməsi məsələlərində ciddi imkanlara malikdir.
İRNA xəbər agentliyinin saytında yerləşdirilmiş "Azərbaycan Respublikasının Prezidenti İƏT-ə üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsinin tərəfdarıdır" sərlövhəli məqalədə (www.irna.ir/fa/News/80372697) dövlətimizin başçısı İlham Əliyevin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin əhəmiyyəti barədə söylədiyi fikir və mülahizələr geniş təhlil olunmuşdur.

{nl}

Sabir ŞAHTAXTI, AzərTAc-ın xüsusi müxbiri
Tehran

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında