Azərbaycan nümayəndə heyəti Aşqabad şəhərində MDB üzv-dövlətlərinin yaradıcı və elm ziyalılarının VII Forumunda iştirak edir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərliyi ilə ölkənin bir sıra görkəmli elm və ictimai xadimlərdən ibarət nümayəndə heyəti Aşqabad şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv-dövlətlərinin yaradıcı və elm ziyalılarının VII Forumunda iştirak edir. 
Komitənin mətbuat xidmətindən bildirmişlər ki, səfərin ilk günü AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin adından Forum iştirakçılarına ünvanlanmış müraciəti oxumuşdur.
MDB ölkələrinin gender siyasəti ilə məşğul olan qurumların nümayəndələrinin iştirak etdiyi plenar sessiyada çıxış edən H.Hüseynova respublikada bu sahədə görülən işlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə xüsusi diqqəti nəticəsində ölkəmizdə bu istiqamətdə böyük irəliləyişlər əldə edilmiş və gələcəkdə bu fəaliyyətlər daha da genişləndiriləcəkdir.
H.Hüseynova gender bərabərliyinin təmin edilməsi istiqamətində əsas maneələrdən sayılan qadınlara qarşı zorakılığın bütün dünya dövlətlərini narahat etdiyini bildirmişdir. Son zamanlar dünya ictimaiyyəti tərəfindən bu problemə diqqətin artdığını qeyd edən komitə sədri Azərbaycanın da bu istiqamətdə qanunvericilik sahəsində önəmli addımlar atdığını vurğulamışdır. Eyni zamanda, tədbir iştirakçılarına qadın sahibkarlığının inkişaf etdirilməsi məsələləri barəsində də geniş məlumat verilmişdir.
Konfrans öz işini oktyabrın 17-dək davam etdirəcəkdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında