Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin fəaliyyətə başlamasının birinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbinin fəaliyyətə başlamasının 1-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 
DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, məktəbdə keçirilən tədbirdə dövlət himni səsləndikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, general-mayor Rəşad Sadiqov, xüsusi məktəbin rəisi, polkovnik-leytenant İntiqam Atakişiyev və məktəbdə təhsil alan şagirdlərin valideynləri çıxış etmişlər.
Tədbirdə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi qayğı, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın məktəbin yaradılmasındakı xüsusi əməyi qeyd olunmuşdur.
Bildirilmişdir ki, gənclərin yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyələri, Vətənə və cəmiyyətə yararlı insan kimi yetişmələri dövlətimizin daim diqqət mərkəzində olan məsələlərdəndir. Fərəh hissi ilə vurğulanmışdır ki, şagirdlər xüsusi məktəbdə təlim və təhsil almaq üçün yaradılmış yüksək səviyyəli şəraitdən bacarıqla yararlanaraq ilk tədris ilini uğurla başa vurmuşlar.
Sonra təlimdə və təhsildə fərqlənən müəllim və şagirdlərin bir qrupuna fəxri fərmanlar təqdim olunmuşdur.
Şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxışdan sonra keçirilən bədii hissədə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, mahnılar oxunmuşdur.
Şagirdlərin göstərdikləri əlbəyaxa döyüş səhnələri maraqla qarşılanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında