Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın müxtəlif regionlarında Azərbaycanın mədəniyyət və incəsənətinə həsr olunmuş sərgi və konsertlər keçiriləcəkdir

Heydər Əliyev Fondunun dəstəyi ilə oktyabrın 19-dan noyabrın 12-dək Fransanın müxtəlif regionlarında Azərbaycanın mədəniyyət və incəsənətinə həsr olunmuş sərgi və konsertlər keçirilməsi nəzərdə tutulur. 
AzərTAc xəbər verir ki, silsilə tədbirlərin təşkili ölkələrarası mədəni əlaqələrin möhkəmlənməsinə, Azərbaycanın dünyada tanınmasına və xalqlararası anlaşmaya xidmət edir.
Regional tədbirlər silsiləsi Fransanın Reims şəhərindən başlayacaqdır. İlk tədbir oktyabrın 19-22-də bu şəhərdəki Tattinger House adlanan tarixi binada və Reims Konservatoriyasında keçiriləcəkdir. Daha sonra tədbirlərin Fransanın Chalons-en-Champagne, Niort, Cognac, Romarantin-Lanthenay şəhərlərində keçirilməsi və hər şəhərdə üç gün davam etməsi nəzərdə tutulur.
Xüsusi tərtibatla işlənib asılmış afişalar, yerli kütləvi informasiya vasitələrinin tədbirlə bağlı informasiyaları artıq şəhər ictimaiyyətini məlumatlandırmışdır. Yerli meriya nümayəndələrinin dəstəyi ilə keçiriləcək sərgilərdə fransızlar Azərbaycanın çoxəsrlik zəngin mədəni irsi, incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Sərgi ekspozisiyalarında Azərbaycan miniatürləri, qədim xalçalar, arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, milli musiqi alətləri, geyim və tikmələr, mis və saxsı qablar nümayiş olunacaqdır.
Konsert proqramlarında Azərbaycan Dövlət kamera orkestrinin, həmçinin klassik və milli musiqi ifaçılarının çıxışı nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında