Döyüşçülərin sayıqlığı mövqelərimizi daha da möhkəmləndirir

Yazın gəlişi havanın mülayimləşməsində və təbiətin oyanmasında da hiss olunurdu. Artıq bahar çiçəkləri də açılıb. Yolboyu bənövşələri dəstələyib satan uşaqlara tez-tez rast gəlirik. Bu dolanbac yollar bizi dağlar qoynunda məskən salan "N" hərbi hissəsinin qərargahına gətirir.
İlk dəfə idi ki, zabit Polad Həşimovla görüşürdük. Komandirin tabeliyində olanlara qarşı tələbkar və qayğıkeş olduğunu əvvəlcədən eşitmişdim. O, hərbi hissədə əsgərlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən söz açanda bir daha buna əmin oldum. Düşmənlə təmas xəttində yerləşən bölmələrin döyüş və mənəvi-psixoloji hazırlığını öyrənmək istədikdə zabit qeyd etdi ki, onların qarşısında duran əsas vəzifə əsgərlərə bilik və bacarıqları yüksək səviyyədə aşılamaqdır. Komandanlığın təsdiq etdiyi plana əsasən bu istiqamətdə daim iş aparıldığını bildirdi. Bir də ki, hərbi hissə döyüş bölgəsində yerləşdiyindən ön xəttə daha çox diqqətin yönəldiyini vurğuladı. Əsgərlərimiz mövqelərdə həmişə sayıq olurlar.
Daha sonra zabit P.Həşimov ön xətdə yerləşən bölmələrə baş çəkmək, onların xidməti və həyat tərzi ilə yaxından tanış olmaq üçün lazımi şərait yaratdı. Bir azdan mayor Natiq Məhərrəmovla döyüş səngərlərində növbə çəkən əsgərlərin görüşünə yollanırıq. Yol yoldaşım hərbi hissənin nəzarətində olan əraziyə yaxından bələddir. Natiq Salyan rayonunda doğulub böyüsə də, neçə ildir bu dağlarda xidmətini davam etdirir. İlk vaxtlar dağlar qoynunda xidmət etmək onun üçün çətin olsa da, sonradan şəraitə uyğunlaşıb. Əsgərlərlə tez-tez ünsiyyətdə olmaq, onların ehtiyaclarını öyrənmək komandirin başlıca məqsədidir, - deyir mayor Məhərrəmov. Bax, beləcə söhbətləşərək yolumuza davam edirik. Mənzil başına çatanda bizi kapitan Rauf Niyazov qarşıladı. O, hərbi qaydada məruzə edərək gün ərzində heç bir hadisənin baş vermədiyini söylədi.
Əsgərlərin döyüş növbəsindən sonra istirahət etmələri üçün lazımi şəraitin olması, onları daha yaxşı xidmət etməyə imkan verir. Döyüşçülərlə söhbətimdən məlum oldu ki, onların həm nümunəvi xidməti, həm də istirahəti üçün hər cür şərait yaradılıb. Zabit Rövşən Kərimovun komandir olduğu bölmənin döyüş hazırlığı ilə yaxından tanış oluram.
Əsgər Rəhman Bəkərov Quba rayonundandır. O deyir ki, bir ildən artıqdır hərbi xidmətdədir. Bölmədə olan bütün növ silahlardan istifadə etməyi bacarır. Komandirlərin keçdiyi təlim və məşqlərdə silahların dilinə dərindən yiyələnib. Bu da yaxşı xidmət etməyə əsas verir.
Kiçik çavuş Zöhrab Mikayılov bildirdi ki, o, bir ildir hərbi xidmətdədir. Əslən Göyçaydan olan Zöhrab altı aydır manqa komandiri vəzifəsinə təyin olunub. Onun bu vəzifəyə təyin olunmasının başlıca səbəbi mükəmməl hərbi biliklərə yiyələnməsi və idarəçilik bacarığına malik olmasıdır.
- Manqanın digər əsgərləri ilə söhbətimi davam etdirirəm. Şamaxıdan Seydulla Şahyusubov, Astaradan Fərhad Fətəliyev, Zaqataladan Mikayıl Əliyev, Sabirabaddan Elşən Vəliyev, Qusardan Cəlal Bədəlov və başqaları üzərlərinə düşən vəzifəni can-başla yerinə yetirirlər. Bu əsgərlər istənilən an döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. Ön xətdəki əsgərlərlə daha bir görüşümüzdən xoş ovqatla ayrılıram. Vətən oğulları müdafiədə daha sayıq olacaqlarına söz verdilər.

{nl}

Bəxtiyar ƏLİYEV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında