Şriftin ölçüsü:
16.10.2012 04:17 | Oxunma sayı: 681
Toyota "Prado" və Nissan "Juke" avtomobilləri 100 faiz udulacaqdır
Lotereya həvəskarları bir neçə gündən sonra keçiriləcək "Qızıl Payız" lotereyasının tirajını səbirsizliklə gözləsələr də onlara uduş sevincini yaşadan təkcə "Qızıl Payız" deyil. Məsələn, "Uğur" lotereyası həmişə olduğu kimi həvəskarlarına uğur gətirməkdədir və yəqin ki, oxucularımız üçün də 34020 manat məbləğində "Cek Pot"u udan 034993 saylı biletin xoşbəxt sahibinin kimliyi maraqlı olardı.
Bu uduşun sahibi, Naxçıvan MR Babək rayon sakini Həsənov Əbülfət Mütəllib oğludur. 48 yaşlı Əbülfət Həsənov mərmər zavodunda fəhlə işləyir. Lotereya azarkeşi olmasa da tez-tez lotereya bileti alır və gec-tez sanballı bir uduşa sahib olacağına həmişə inanıb. Uduşa sahib olduqdan sonra ilk olaraq əskərlikdə olan oğluna baş çəkib. Tikintisinə çoxdan başladığı evini tamamlamağı, maşın alıb kənd təsərrüfatı ilə məşğul olmağı planlaşdırır.
"Uğur"un sevindirdiyi digər iştirakçı, hazırda Bakıda tələbə olan Gəncə şəhər sakini Şabanov Altun Ələddin oğlu "Kia Rio" avtomobilinə sahib olmaqla 60-cı tirajında öz uğur payını götürdü. Ö deyir ki, adəti üzrə lotereya satış məntəqələrinin yanından keçərkən bircə bilet alır və bu da nəticə. 21 yaşlı gənc tələbə və 1 manata "Kia Rio" avtomobili. Lotereya oyunlarında iri pul uduşları, çoxsaylı avtomobillər o qədər adiləşib ki, 2100 manat məbləğində uduşla heç kimi təcübləndirmək olmaz. "5/36" lotereyasının 507-ci tirajı haqda yazmağımız udulan məbləğlə deyil, onu udan həmvətənimizin kimliyi ilə bağlıdır. Biləsuvar rayon sakini İbrahimov Mirabbas İbrahim oğlu uduşu alarkən məlum oldu ki, o xalqımızın igid oğlu, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun əmisidir. Onunla danışdıqca qürur duymamaq olmur. 45 yaşlı Mirabbas İbrahimov əkin-biçinlə məşğul olur, halal zəhməti ilə çörəyini qazanır. Lotereya həvəskarı deyil, hərdənbir bir-iki bilet alır. Bu dəfə 2 bilet alıbmış və 2100 manat uddu.
Son vaxtlar iri uduşlar, onların qalibləri haqqında məlumatlar, "Avto Sürpriz" və "Sprint" kimi ani lotereyalarda udulan çoxsaylı uduşları bir qədər kölgədə qoyub. Ötən yazılarımızda qeyd etmişdik ki, "Avto Sürpriz" və "Sprint" kimi ani oyunlarda bir an içərisində çoxsaylı xırda uduşlarla yanaşı, iri uduş sevinci yaşamaq olar. "Sprint" oyununda 1000, 2000, 5000 və 30000 manat kimi pul uduşları, "Avto Sürpriz" oyununda isə iki ədəd "Kia Rio" və "Toyota Prado" avtomobilləri öz sahiblərini gözləyirlər. Budur, "Sprint" ani lotereyası Beyləqan rayonu Aşağı Çəmənli kənd sakini Ağayev Sabir Saleh oğlunu 5000 manata sahib etdi. Ağayev Sabir uğurlu fermer olmaqla bərabər, təcrübəli aqronom-ekspert kimi kənd təsərrüfatı ilə məşğul olan istənilən şəxsə məsləhətlər verir. 55 yaşı olan Sabir müəllim həm də üç nəvənin babasıdır. Kənddə işi çox olduğundan rayon mərkəzinə az-az gedir. Bu dəfə təssərrüfatın işi ilə bağlı Beyləqan şəhərinə gedərkən nəvəsini də özü ilə götürüb və uduşlu bileti məhz nəvəsinin arzusu ilə alıb.
"Qızıl Payız"ın tirajına 10 gün qalıb. Oktyabrın 26-da çoxsaylı iri pul uduşları ilə yanaşı, 100 faiz uduşlu Toyota "Prado" və Nissan "Juke" avtomobilləri oynanılacaq. "100 faiz uduşlu" o deməkdir ki, avtomobillər oynanılarkən uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda, şarlar lototrona qaytarılır, yenidən oynanılır və bu proses avtomobillər udulanadək davam etdirilir. Başqa sözlə, oktyabr ayının 26-da Toyota "Prado" və Nissan "Juke" avtomobilləri mütləq udulacaq və Az TV-nin çoxsaylı tamaşaçıları canlı efirdə bu prosesə şahidlik edəcəklər. Razılaşarsınız ki, bu avtomobilləri udmaq onların uduşuna azarkeşlik etməkdən daha yaxşıdır. Şansınızı yoxlamaq üçün, sadəcə, bir-iki bilet almaq yetərlidir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.