2012-ci ilin 9 ayı ərzində DSMF üzrə proqnoz 100,4 faiz icra olunmuşdur

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumatda bildirilir ki, 2012-ci ilin yanvar-sentyabr aylarında fondun gəlirləri 1833,9 milyon manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 308,9 milyon manat və ya 20,3 faiz çoxdur. 
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 131,8 milyon manat artaraq 1000,4 milyon manat təşkil etmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,2 faizi və ya 612,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin ilk 9 ayının göstəricisinə nisbətən 18,7 faiz və ya 96,6 milyon manat artmış, proqnoz isə 109,9 faiz icra olunmuşdur.
Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,4 faiz icra olunmuşdur. Məlumatda həmçinin bildirilir ki, bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, əvvəlki ilin ilk 9 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 16,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 31,4 faiz artmışdır.
2012-ci ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 388 milyon manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 35,2 milyon manat artmışdır.
Fonda başqa gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 5,2 milyon manat təşkil etmişdir. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.
2012-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1809,6 milyon manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond 1774,5 milyon manat vəsait yönəlmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 299,8 mln. manat və ya 20,3 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,7 faiz və ya 297,4 milyon manat artaraq 1732,9 milyon manat təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunmuşdur. Artıma görə 2012-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manat olmuş, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manat təşkil etmişdir.
Fonddan bildirirlər ki, 2012-ci ilin yanvar-sentyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 41,6 milyon manat məbləğində müavinət ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri isə 35,1 milyon manat təşkil etmişdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında