Azərbaycan gələn il güzəştli ipoteka kreditləşməsini 2 dəfə artıracaq

Gələn il Azərbaycanda sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün dövlət büdcəsindən İpoteka Fonduna 40 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da 2012-ci ilin göstəricisindən 2 dəfə çoxdur.
"APA-ECONOMICS"in məlumatına görə, bu barədə 2013-cü ilin dövlət büdcəsinin ilkin layihəsində göstərilir. Ümumiyyətlə, fəaliyyətə başladığı dövrdən dövlət büdcəsindən və digər mənbələrdən ayrılan və daxil olan vəsaitlər də nəzərə alınmaqla İpoteka Fondunda 136 milyon manat həcmində vəsait ehtiyatı yaranacaq.
Qeyd edək ki, Azərbaycan İpoteka Fondunun xətti ilə cari ilin yanvar-sentyabr aylarında verilən ipoteka kreditlərinin məbləği 45,58 milyon manata çatıb, bu isə ötən ilin eyni dövrünə nisbətən 33,8 faiz azdır. Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 391,12 milyon manata çatıb. Nəticədə, 2012-ci il oktyabrın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 42,1 manat təşkil edib. Bu ilin ilk 9 ayında 69,5 milyon manatlıq kreditlər yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 321,72 milyon manatı və ya 82,26%-i təkrar maliyyələşdirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında