Əhməd DAVUDOĞLU: "Xankəndi aeroportunun açılması Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə neqativ təsir göstərəcək"

"Ermənistan bu addımı atdıqdan sonra Azərbaycanla məsləhətləşmələr keçirmişik"
"Xankəndi aeroportunun açılması Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinə neqativ təsir göstərəcək". Bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verib.
Xankəndi aeroportunun istismara veriləcəyi təqdirdə Türkiyənin atacağı addımlarla bağlı sualı cavablandıran XİN başçısı qeyd edib ki, Ankara bu məsələ gündəmə gələn kimi öz mövqeyini açıqlayıb: "Bu məsələ gündəmə gələn kimi biz bəyan etdik ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə mənfi təsir göstərəcək. Ermənistan qeyd olunan addımı atdıqdan sonra biz Azərbaycanla məsləhətləşmələr keçirmişik. Düşünmürük ki, bu addım müsbət nəticə verə bilər, bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında