Dubay hökumətinin "Əl-Bəyan" qəzetində dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsinə seçilməsinin 9-cu ildönümü münasibətilə məqalə dərc olunmuşdur

Dubay hökumətinin "Əl-Bəyan" qəzetinin 15 oktyabr tarixli nömrəsində Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsinin 9-cu ildönümü münasibətilə təşkil etdiyi mərasimdə söylənilən fikirlər əsasında məqalə dərc olunmuşdur. 
Cəmiyyətin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Azərbaycan İlham Əliyevin Prezident seçilməsinin doqquzuncu ilini bayram edir və Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının görüşləri keçiriləcəkdir" sərlövhəli məqalədə ölkəmizin paytaxtının bu günlərdə çox mühüm tədbirlər çərçivəsində təntənəli mərasimlərə ev sahibliyi edəcəyi vurğulanmışdır. Yazıda qeyd olunmuşdur ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin bu vəzifəyə seçilməsinin doqquzuncu ildönümünü qeyd edir və onun rəhbərliyi altında son onilliyin böyük nailiyyətlərini xalq dilə gətirəcəkdir. Azərbaycan rəhbərliyinin təşkilatçılığı və təşəbbüsü ilə oktyabrın 16-da işə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının iclaslarında iştirak etmək üçün müxtəlif ölkələrin liderlərinin səfərləri başlamışdır. Azərbaycan rəhbərliyi bu tədbirlərdə qazandığı uğurları nümayiş etdirəcəkdir.
Bildirilmişdir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək zirvə toplantısı quruma üzv ölkələrin dövlət və hökumət başçılarının iki ildən bir keçirilən 12-ci iclası olacaqdır. Bu sessiyaya Azərbaycan sədrlik edəcəkdir. Təşkilata İran, Türkiyə, Pakistan, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan üzvdürlər. Eyni zamanda, bu ay Azərbaycan paytaxtında ikinci böyük forum keçirilmişdir. Belə ki, oktyabrın 4-5-də İkinci Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi XXI əsrdə bəşəriyyətin üzləşdiyi qlobal çağırışlara həm elmi və siyasi təyinatı olan cavablar axtarmaq məqsədi daşıyırdı.
Cəmiyyətin sədri Samir İmanovun fikirlərinin də yer aldığı qəzetdə vurğulanmışdır ki, bu gün Azərbaycan İlham Əliyevin Prezident seçilməsinin doqquzuncu ilini qeyd edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi cəhətdən dünyada ən sürətlə inkişaf etmiş ölkəyə çevrilmiş, həyatın müxtəlif sahələrində son illərdə böyük uğurlar əldə edilmişdir. Xüsusilə, iqtisadi sahədə son doqquz ildə Azərbaycan dünya iqtisadiyyatında ən yüksək göstəricilərə malikdir. Ötən doqquz il ərzində ümumi daxili məhsul təxminən üç dəfə artmışdır.
"Əl-Bəyan" qəzetinin əməkdaşına təqdim edilən bəyanatda bildirilmişdir ki, Azərbaycan 2013-cü ildə də eyni uğurların şahidi olacaqdır. Nə qədər ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik edəcəkdir, dövlətimizin Azərbaycanın hər bir vətəndaşı və ailəsi üçün gördüyü böyük işlər də o vaxta qədər davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında