İzmirdə Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin tikintisi başa çatmışdır

Ötən il oktyabrın 25-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində ‘'Star'' neft emalı zavodu ilə eyni vaxtda təməli qoyulmuş Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin inşası tamamlanmış və məktəb Əliağa Milli Təhsil İdarəsinə təhvil verilmişdir. 
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş bu liseyin tikintisi olduqca qısa müddət ərzində, cəmi 270 günə başa çatdırılmışdır. Liseyin tikintisi davam edərkən burda təhsil almaq istəyən şagirdlər üçün müsabiqə elan edilmiş və 180 nəfər seçilmişdir. Gələcəkdə şagirdlərin sayının 720 nəfərə çatdırılması planlaşdırılır.
"SOCAR-Türkiyə Enerji" şirkətinin prezidenti və "Petkim" neft-kimya holdinqinin idarə heyətinin üzvü Kənan Yavuz ümummilli lider Heydər Əliyevin adını daşıyan liseyin Türkiyə-Azərbaycan əməkdaşlığının təhsil sahəsində ən önəmli simvoluna çevriləcəyini bildirmişdir.
K.Yavuz qeyd etmişdir ki, Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi hazırda Türkiyənin ən gözəl və modern təhsil ocaqlarından biridir. Liseydə təhsil alan şagirdlər tədris prosesində istehsalat praktikasına cəlb ediləcək, ən bacarıqlı məzunlar isə SOCAR-ın Türkiyə və Azərbaycanda həyata keçirdiyi layihələrdə işlə təmin olunacaqlar.
Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi 22 hektar ərazidə kampus sisteminə uyğun qurulmuşdur. 216 şagird üçün pansionat tipli yataqxana və 300 nəfərlik konfrans zalına malik liseyin sinif otaqları müasir texniki avadanlıqlarla təchiz edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında