Azərbaycan ərazisində radon qazının paylanmasına dair yeni xəritə Praqada təqdim olunmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda yeni tərtib olunmuş "Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanma xəritəsi" Praqada konfransda beynəlxalq elmi ictimaiyyətə təqdim edilmişdir.
Təqdimat Çexiya Geoloji Tədqiqatlar və Radon Təşkilatının keçirdiyi "Radonun yayılma xəritəsinin tərtibinin geoloji aspektləri" adlı XI Beynəlxalq konfransda baş tutmuşdur. Üçgünlük tədbirdə 26 ölkə, o cümlədən ABŞ, Almaniya, Fransa, İtaliya, Rusiya, Yaponiya və digərləri təmsil olunmuşlar. Konfransda Geologiya İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Əliyev elmi məruzələrlə çıxış etmiş, xəritə ilə əlaqədar aparılmış tədqiqatlardan və əldə olunmuş nəticələrdən danışmışlar.
Qeyd edək ki, xəritə Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirilmiş "Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi" adlanan layihə çərçivəsində ərsəyə gəlmişdir və ölkəmizdə radonun paylanmasına dair ilk xəritədir. Üçillik layihə İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə icra olunmuşdur.
Xatırladaq ki, radon qazı Yer kürəsində geniş yayılmışdır. O, normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yeri tutur.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında