İçməli sudan qanunsuz istifadə edən abunəçiləri ciddi cərimələr gözləyir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsinə baxmayaraq, hələ də bəzi abunəçilər tərəfindən içməli sudan sayğacdankənar və müqavilə bağlanmadan istifadə edilməsi halları aşkarlanır. 
"Su təchizatı və tullantı suları haqqında" Qanunun tələblərini əsas götürməklə "Azərsu" ASC-nin Daxili Nəzarət və Xətai Sukanal departamentləri əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində təkcə oktyabr ayının ötən günləri ərzində Xətai rayonunun ərazisində içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 30-a qədər fakt aşkarlanmışdır. Araşdırmalar zamanı məlum olmuşdur ki, rayon ərazisində fəaliyyət göstərən bəzi istehsal və ticarət obyektləri, idman zalları, kafe və restoranlar, avtoyuma, kimyəvi təmizləmə məntəqələrində içməli sudan istifadə zamanı kobud qanun pozuntularına yol verirlər. Təəssüf ki, belə hallara kiçik obyektlərlə yanaşı, iri müəssisələrdə də rast gəlinir. Hətta bəzi obyektlərdə içməli sudan qeyri-qanuni istifadə etmək məqsədilə ağlagəlməz üsullardan istifadə olunur. Belə ki, Xətai rayonu, M.Rüstəmov küçəsi, 22 ünvanında fəaliyyət göstərən "Xətai-3" İstehsalat Kommersiya Mərkəzinə məxsus "Əhmədli-çörək" zavodunda içməli sudan qeyri-qanuni istifadə məqsədilə kanalizasiya quyusundan çəkilmiş əlavə xətt aşkarlanmışdır. Xətai rayonunun böyük hissəsini və paytaxtın digər yerlərini çörək və şirniyyat məhsulları ilə təmin edən müəssisənin su sərfiyatının faktiki tələbatdan dəfələrlə az olması "Azərsu" ASC-nin əməkdaşlarında şübhə doğurduğundan obyektin su təchizatı sisteminə kompleks baxış keçirilmiş və qanunsuz istifadə faktı aşkarlanmışdır. Məlum olmuşdur ki, obyekt içməli suyu kanalizasiya şəbəkəsinin içi ilə gizli şəkildə çəkilmiş 25 millimetr diametrli xətt vasitəsi ilə götürür.
Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılmış, "Əhmədli-çörək" zavodunun içməli sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "Azərsu" ASC-yə dəymiş zərər qiymətləndirilmişdir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə görə mövcud təlimata uyğun olaraq üç illik dəymiş ziyan hesablanmışdır. Beləliklə də, "Azərsu" ASC-yə dəymiş ziyan 18 min 810 manat 20 qəpik qiymətləndirilərək həmin məbləğin beş iş günü müddətinə ödənilməsi barədə abunəçiyə bildiriş verilmişdir.
"Azərsu" ASC-dən bildirdilər ki, içməli sudan qeyri-qanuni istifadə hallarına yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılacaq və həmin sakinlər cərimələnəcək.

{nl}


M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında