Ermənilərin azərbaycanlılara qarşı soyqırımına aid sənədlərin gətirilməsi üçün tarixçilərimiz xarici ölkələrə ezam olunacaqlar

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsi və toplu şəklində nəşr olunması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun bir qrup əməkdaşı xarici ölkələrin arxivlərinə ezam olunacaq.
Bu barədə cümə günü Trend-ə İnstitutdan bildiriblər. Tarix İnstitutunun növbəti Elmi Şurasında institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov xarici ölkələrin arxivlərindən Azərbaycan tarixinə dair sənədlərin ölkəmizə gətirilməsi və sənədlərin toplu şəklində nəşr olunması işinin gedişi ilə bağlı məsələlər qaldırıb. İclasda qeyd olunub ki, xüsusilə, ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsinə və toplu şəklində nəşr olunmasına diqqət daha da artırılsın.
Elmi Şurada indiyədək nəşr olunmuş sənəd topluları bir daha nəzərdən keçirilib. Şurada qərara alınıb ki, bu problemlə bağlı digər sənədlərin ölkəyə gətirilməsi üçün institutun bir qrup əməkdaşının Rusiya, Fransa, Almaniya və Gürcüstan arxivlərinə ezam edilməsi məqsədəuyğun hesab olunsun və bununla əlaqədar müvafiq instansiyalar qarşısında məsələ qaldırılsın.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında