LDU-da tədbir

Lənkəran Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümünə həsr edilmiş yığıncaq keçirilmişdir.
Yığıncağı açan universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən yüksək işgüzarlıqla həyata keçirildiyi, ölkə iqtisadiyyatının bütün sahələrinin, o cümlədən elm, təhsil və mədəniyyətin yeni inkişaf mərhələsi yaşadığını bildirdi. Rektor qeyd etdi ki, ulu öndərin dərin siyasi düşüncəsi və zamanın tələbi ilə yaranmış Yeni Azərbaycan Partiyası keçən 20 il ərzində müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətlər göstərmişdir.
YAP Lənkəran Dövlət Universiteti ərazi təşkilatının sədri, kafedra müdiri, iqtisad elmləri namizədi Tofiq Paşayev məruzəsində bildirmişdir ki, müstəqil respublikamızın memarı və qurucusu Heydər Əliyevin irsi və ideyaları əbədiyaşardır, unudulmaz böyük şəxsiyyətin qeyd etdiyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.
Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, universitetin dosenti, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı, valideynlər şurasının sədri Sərhəd Məmmədov, müəllim və tələbələr də ürək sözlərini söyləmişlər.
Qeyd edilmişdir ki, YAP Lənkəran Dövlət Universiteti ərazi təşkilatı ötən dövr ərzində daim öndə olmağa çalışmış, ideya-siyasi cəhətdən daha da təkmilləşmiş, gənclərin mənəvi keyfiyyətlərini yüksəltmək, onlarda seçdikləri ixtisasa məsuliyyət və məhəbbət hissi oyatmaq işində mühüm uğurlar əldə etmişdir. Hazırda ərazi təşkilatı 500-dən çox üzvü birləşdirir ki, onların da 130-u yeni tədris ilində partiyanın sıralarına qəbul edilmişdir.
YAP Lənkəran şəhər təşkilatı nəzarət-təftiş komissiyasının sədri Nübuvvət Abdullayev professor-müəllim və tələbə kollektivini YAP-ın 20-ci ildönümü münasibətilə təbrik etmiş, qarşıda duran vəzifələrdən danışmış və əmin olduğunu bildirmişdir ki, cənub bölgəsinin yeganə universiteti bundan sonra da dövlət başçısının Azərbaycanın sürətli inkişafı və tərəqqisi naminə göstərdiyi titanik fəaliyyətin təbliğində fərqlənəcək.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edilmişdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında