Bakıda keçirilən beynəlxalq humanitar forumlar Azərbaycanın dünya arenasında imicinin əsas göstəricilərindən biridir

Bakıda keçirilən beynəlxalq humanitar forumlar Azərbaycanın dünya arenasında imicinin əsas göstəricilərindən biridir. 
Bu fikri Prezident İlham Əliyevin himayəsi ilə Bakıda ikinci dəfə yüksək səviyyədə keçirilən Beynəlxalq Humanitar Forum barədə təəssüratlarını AzərTAc-a müsahibəsində bölüşən Fransanın Beynəlxalq Əlaqələr və Strategiya İnstitutunun (İRİS) professoru Jan-İv Kamü söyləmişdir.
İkinci Bakı Beynəlxalq Humanitar Forumunun çox yüksək səviyyədə təşkil olunduğunu bildirən fransalı tədqiqatçı demişdir: - Bakı forumu iki cəhətdən mənim üçün əhəmiyyətli olmuşdur. Birincisi, biz avropalı tədqiqatçıların başlıca marağı həyata keçdi və dünyanın müxtəlif ölkələrindən, o cümlədən Qafqazdan və Orta Asiyadan olan həmkarlarımızla görüşüb bizi düşündürən, dünyanı narahat edən problemlər və məsələlər ətrafında fikir mübadiləsi apara bildik. Axı, çox vaxt belə imkan ələ düşmür. İkincisi, forum zamanı müxtəlif sahələr üzrə debatlar keçirilmiş, maraqlı fikirlər söylənilmiş, bəşəri mövzulardan biri kimi kulturalizm ətrafında geniş müzakirələr aparılmışdır. Bu mövzunun əsas maraq doğuran cəhəti İslam dininin yeri və onun imici ilə bağlı olmuşdur. Çıxışlarda dəfələrlə qeyd edilmişdir ki, Azərbaycan bir müsəlman ölkəsi kimi Avropa dəyərlərinə uğurla inteqrasiya edir.
Müsəlman ölkələrində, habelə Avropada, xüsusilə Fransada İslamın son illər geniş yayılması bu istiqamətdə işin davam etdirilməsinin vacibliyi diskussiyalarda geniş müzakirə olunmuş, rasizm meyillərinin doğurduğu fəsadlar pislənilmişdir.
Mən Fransa vətəndaşı olsam da, milliyyətcə yəhudiyəm. Asudə vaxtımda Bakıdakı iki sineqoqu ziyarət etdim. Onlardan birinin yaxın vaxtlarda istifadəyə verildiyini bildirdilər. Bu, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin azsaylı xalqların dininin, dilinin, mədəniyyətinin inkişafına hər cür şərait yaratmasından və qayğı göstərməsindən xəbər verir. Bəli, Azərbaycan tolerant ölkə olmaqla bərabər, həm də dünyəvi dövlətdir.
Mən forum iştirakçılarının bir qrupu ilə Naxçıvan Muxtar Respublikasında səfərdə oldum. Naxçıvan Dövlət Universitetində keçirilən görüş, Xll əsrin yadigarı Mömünə Xatun məqbərəsinə, xəstə insanların şəfa tapdıqları Duzdağa ziyarət yaddaşımızda silinməz izlər buraxdı. Ordubad bizdə xüsusi təəssürat yaratdı. Təbiətin bu bölgəyə verdiyi əsrarəngiz gözəllik hamımızı valeh etdi. Hamımız bu səfərdən zəngin təəssüratlarla qayıtdıq.
Bir daha əmin olduq ki, Azərbaycanın tolerantlıq modeli başqa ölkələr tərəfindən də öyrənilməli, tətbiq edilməlidir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında