Mez LUTS: Bakı Beynəlxalq Humanitar Forumu mənim üçün bir neçə cəhətdən əhəmiyyətli oldu

Əvvələn, bu forum müasir dünyanı narahat edən problemlərin açıq, konstruktiv müzakirəsi üçün çox əhəmiyyətli bir platforma idi. 
Forumda çox nüfuzlu alimlər, siyasi xadimlər, tanınmış ekspertlər iştirak edirlər. Bu, bəşəriyyəti düşündürən məsələləri müxtəlif baxış bucaqlarında təhlil etmək, öyrənmək. ümumiləşdirmək kimi vacib elementlərin vəhdəti idi. Digər tərəfdən bu forum ünsiyyət qurmaq, əlaqə yaratmaq, yeni dostlar tapmaq cəhətdən də önəmli oldu. Nəhayət, Bakı forumu çoxsaylı qonaqlara sizin gözəl ölkəni yenidən görmək, gəzmək, qonaqpərvər insanları tanımaq fürsəti yaratdı.
Bu sözləri İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Berlin Universitetində Xəzər Regionu Ölkələrinin Berlin Mərkəzinin əlaqələndiricisi Mez Luts müsahibəsində qeyd etmişdir.
Azərbaycanda dəfələrlə olmasına baxmayaraq bu foruma dəvəti böyük məmnunluqla qəbul etdiyini bildirən M.Luts demişdir ki, bu beynəlxalq tədbirdə qarşıya qoyulan məqsədlərə nail olunmuşdur. Bu məqsədlər və gələcək üçün gözləntilərimiz forumun bəyannaməsində geniş şəkildə əksini tapmışdır.
Bakının sürətlə inkişaf etdiyini vurğulayan qonaq humanitar məsələlərin bu qədim şəhərdə müzakirəsinin çox uğurlu seçim olduğunu bildirmişdir. Bakı Qərblə Şərq sivilizasiyalarının qovuşduğu məkandır. Buradan həm Şərqi, həm də Qərbi görmək mümkündür. Odur ki, XXI əsrin çağırışları ilə bağlı bizi narahat edən problemlərin həlli yollarını məhz bu məkanda axtarmaq tam məqsədəuyğundur.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında