Moskvada RAGT-ın illik forumu başa çatmışdır

Forumun ikinci günü üç seksiyada - "Təmiz gələcək naminə məsuliyyət", "İnternet, sosial media və gənclik", "Multikulturalizmin alternativi yoxdur" seksiyalarında müzakirələr aparılmışdır.
"Təmiz gələcək naminə məsuliyyət" seksiyasında Azərbaycandan və Rusiyadan olan ekologiya mütəxəssisləri gənclər qarşısında çıxış etmişlər. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tətbiqi iqtisadiyyat və kommersiya fakültəsinin dekanı Aleksey Svişşev, akademik, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Xeyriyyə Komitəsinin başçısı və PwC ekologiya proqramlarının lideri Karina Xudenko, biomüxtəliflik üzrə WWF proqramının əlaqələndiricisi Vladimir Krever, ekoloq, "EkoSfera" Sosial-Ekologiya Mərkəzinin rəhbəri Firuzə Sultanzadə, "Neyşnl geoqrafi" jurnalının fotoqrafı Rza Diqqəti beynəlxalq birliyin qarşısında duran ekoloji problemlərin müasir mahiyyətindən və müxtəlif ekologiya təşkilatlarının fəaliyyətinin mühüm əhəmiyyətindən danışmışlar. Azərbaycan gəncləri ilə dialoq zamanı gənclərin ətraf mühitə qayğıkeş münasibət ruhunda tərbiyə edilməsinin, gənclər arasında ekoloji məsuliyyətin müxtəlif aspektlərinə və onların beynəlxalq ekologiya hərəkatına cəlb olunmasının zəruriliyi məsələsinə toxunulmuşdur. Çıxış edənlər əsası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən qoyulmuş IDEA Beynəlxalq ekologiya kampaniyasının fəaliyyətini, habelə "IDEA" ilə WWF Ümumdünya Vəhşi Təbiət Fondu arasında Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndirmişlər.
RAGT gəncləri "Sosial medialar və gənclər" seksiyasında keçirilmiş diskussiyalarda böyük maraqla iştirak etmişlər. Moderator - İTAR-TASS Agentliyinin icmalçısı Səadət Qədirova gənclərə dialoq və canlı diskussiya formatı təklif etmişdir, çünki bu mövzu bütün gənc nəsil üçün aktual mövzulardan biridir. Rusiyanın tanınmış jurnalisti, "Kommersant" Nəşriyyat Evinin şef-redaktoru Azər Mürsəliyev, "New Baku Post" qəzetinin redaktoru Kənan Quluzadə, "PwC" korporativ kommunikasiyalar üzrə böyük menecer Yekaterina Kapralova və "Angel Relation Group" kampaniyasının baş direktoru Aleksey Karlov sosial şəbəkələrdə gənclərin yanaşı fəaliyyətinin aktual məsələlərinə, internet şəbəkəsində informasiyadan istifadə olunması problemlərinə toxunmuşlar. Natiqlər şəbəkə jurnalistikasının və informasiya məkanının gələcək inkişafı barədə öz fikirlərini bölüşmüşlər.
"Multikulturalizmin alternativi yoxdur" seksiyası mühüm məsələlərdən birinə - bütün millətlərin və dinlərin nümayəndələrinin vahid məkanda dinc yanaşı yaşaması məsələsinə həsr olunmuşdur. Moderator - Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov bu məsələlərin aktuallığından danışmış və diqqəti tolerantlıq sahəsində Azərbaycanın çoxəsrlik təcrübəsinə, onun bu istiqamətdə yürütdüyü siyasətə cəlb etmişdir. Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, Rusiyanın tanınmış yazıçısı Yuri Pompeyev, populyar media-layihələrin bloggeri və müəllifi Azər Qərib, ASAIF-in həmtəsisçisi, ÜAK-ın icraçı direktorunun müavini Nemət Nağdəliyev, aktyor və teleaparıcı Murad Dadaşov və gənclərin nümayəndələri müasir gənclərin multikulturalizm ruhunda tərbiyə olunmasının zəruriliyindən danışmışlar. Qeyd edilmişdir ki, bu sahədə Azərbaycanın yürütdüyü siyasət sübut edir ki, multikulturalizm, başqa millətlərə, dinlərə hörmət multikulturalizm ideyalarının guya iflasa uğraması fikrini təkzib edir. Yazıçı Yuri Pompeyev xüsusi vurğulamışdır ki, Azərbaycan xalqı həmişə dünyəvi ideyalara və əsas bəşəri dəyərlərə, xüsusən ailə dəyərlərinə sadiq olmuşdur. Azərbaycanın təcrübəsi təqdirəlayiqdir və bir çoxları üçün nümunə ola bilər.
Forum iştirakçıları seksiyalarda aparılmış diskussiyalar zamanı RAGT-ın genişmiqyaslı fəaliyyətini, Azərbaycan gənclərini bu gün ölkələr arasında münasibətlərin inkişafında çox böyük əhəmiyyət kəsb edən vahid bir qurumda birləşdirə bilmiş təşkilatın rəhbəri Leyla Əliyevanın fəaliyyətini dəstəklədiklərini bildirmişlər.
Seksiyaların işində Azərbaycan Prezidenti Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova və Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələri iştirak etmişlər.

{nl}

Asya Hacızadə, AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında