Vergi hüquqpozmalarına qarşı mübarizə gücləndirilir

Bu ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 322 sayda cinayət işi başlanmışdır. 262 cinayət işi üzrə ibtidai istintaq tamamlanmışdır ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 27 iş çoxdur. 
Hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərindən külli miqdarda gəlir əldəetmə və vergidən yayınma, xeyli miqdarda vergidən yayınma, aksiz markaları ilə markalanmamış malların satılması, qanunsuz sahibkarlıq, özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə ümumilikdə 62 nəfər barəsində 58 iş baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilmiş və 204 işin icraatına xitam verilmişdir.
İcraatına xitam verilmiş cinayət işlərindən 150 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (23 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan cinayət işinə xitam verilmiş, 9 milyon 102,6 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 774 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilmişdir. Hesabat dövründə 13 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

{nl}


V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında