Yeni sərnişin qatarı xəttə buraxıldı

Son illər ərzində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamenti tərəfindən sərnişinlərə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir.
Bu günlərdə isə bu istiqamətdə daha bir addım atıldı. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərindəki "Dneprovaqontəmirquraşdırma" ASC-də əsaslı təmir edilərək Bakıya gətirilmiş yeni sərnişin vaqonlarından tərtib olunmuş 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı xəttə buraxıldı.
Qatarın yola salınması mərasimində dəmiryolçular, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Yeni vaqonlardan tərtib olunmuş iki qatar hər gün hərəkətdə olacaq.
Tədbirdə çıxış edən Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradov bildirdi ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 50 ədəd sərnişin vaqonu istismar müddətinin keçməsi səbəbindən Ukrayna Respublikasına təmirə göndərilmişdir. 15 vaqon artıq təmir edilərək paytaxta gətirilmişdir və 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı məhz həmin vaqonlardan tərtib olunub.
"Dneprovaqontəmirquraşdırma" ASC-də əsaslı bərpa-təmirindən keçmiş sərnişin vaqonlarının istismar müddəti 32 il uzadılmışdır. Vaqonlar hərəkətin təhlükəsizliyinin təmin olunması tələblərinə, eləcə də yanğından mühafizəyə qarşı tələblərə tam cavab verir.
Vaqonlarda həmçinin havanı kondensasiya edən monobloklu avadanlıq quraşdırılıb. Bu avadanlıqlar vaqonların qışda isti, yayda sərin olmasını təmin edir. Monobloklu avadanlıqlarda Avropa standartlarına uyğun olaraq ekoloji cəhətdən təmiz R-134A xladogentindən istifadə olunur və elektrik enerjisinə qənaət edilir.
Dayanacaqda sərinləşdirmə sistemi 1,5 saatadək işləməyə qadirdir.
Vaqonların idarəetmə lövhəsi sistem bloklu yeniləri ilə əvəz olunub. Elektrik xətlərinin işlənməsi sxeminə müvafiq idarəetmə lövhəsinin displeyində nəzarət olunur. Vaqonların dəhlizlərində nəzarət kameraları quraşdırılıb.
SV tipli vaqonların hər kupesində televizor quraşdırılıb. Kupelərə "bələdçiləri çağırma" düyməsi yerləşdirilib.
Vaqonların sanitar-qovşağı isti və soyuq su ilə təchiz olunub.
Sərnişinlərə məlumat vermək üçün elektron qaçan tablo-informasiya sətirlərindən (displey) istifadə olunur.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında