Macarıstanın turizm şirkətlərinin nümayəndələri Azərbaycanda

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu yaxınlarda Macarıstanın aparıcı turizm şirkətləri, agentlikləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 15 nəfərlik qrupun ölkəmizə infoturu təşkil olunmuş. 
Qrupun tərkibində "Quaestor", "Cartour", "İbusz", "Neckermann", "Tensi", "Napi gazdasag", "GoUtazas Magazine", "Vista" turizm şirkətlərinin, "Türk Hava Yolları" şirkətinin və "Nepszabadsag", "RTL Klub", "Turizmus Trend Magazin", "İnfo Radio", "1000 Ut" kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olunmuşlar.
Səfər çərçivəsində qonaqlar Quba rayonunda keçirilən "Alma" festivalında iştirak etmiş və Xınalıq kəndinə səfər etmişlər.
Həmçinin infotur zamanı xarici şirkətlərin nümayəndələri ilə Azərbaycanın daxili turizmin inkişafı ilə məşğul olan turizm şirkətlərinin əməkdaşları arasında qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılmışdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında