İkinci Bakı Beynəlxalq Humanitar Forumu

Bolqarıstanın "Standart" qəzeti: Azərbaycan Avropa və dünya üçün mühüm ölkədir
Bolqarıstanın nüfuzlu "Standart" qəzetində "Qafqazın pələngi Azərbaycan iqtisadi böhranın nə olduğunu bilmir: büdcəyə yalnız neftdən 400 milyard ABŞ dolları məbləğində gəlir daxil olur" adlı məqalə dərc edilmişdir.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildirmişlər ki, məqalənin müəllifi, Bakıda keçirilmiş İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş jurnalist Lyubomir Mixaylov ölkəmizin paytaxtı Bakının əsrlər boyu Avropa və Asiya xalqları arasında dostluğun, mədəniyyətin, ticarətin mərkəzi və rəmzi kimi tanındığını vurğulamışdır. Təbii qazın və qara qızılın vətəni olan Bakı şəhərinin "Odlar şəhəri" adlandırıldığını, ölkəmizin beynəlxalq nüfuzu ilə Avropa və Asiya arasında körpü rolunu oynadığını diqqətə çatdıran müəllif Azərbaycan hökumətinin oktyabrın 4-5-də Bakıda bəşəriyyətin qlobal problemlərinin həlli istiqamətində beynəlxalq əməkdaşlıq üçün böyük töhfə verəcək möhtəşəm və yüksək səviyyəli İkinci Bakı Beynəlxalq Humanitar Forumunu keçirdiyini bildirmişdir. Bu Forumun Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitriy Medvedev tərəfindən təsis olunduğunu, həmin meqaforuma 70 ölkədən 700-ə yaxın xarici nümayəndənin qatıldığını, iştirakçılar arasında 10 Nobel mükafatçısının, elm və ictimai xadimlərin, tanınmış dövlət nümayəndələrinin, çoxlu sayda sabiq prezidentin, xarici işlər nazirlərinin, siyasi və iqtisadi sahələrdə tanınmış ekspertlərin, KİV nümayəndələrinin, eləcə də dünyanın siyasi, iqtisadi, elmi və mədəni elitasının, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin yer aldığı vurğulanmışdır. Təkcə Bolqarıstandan 20-dən çox yüksək səviyyəli nümayəndənin - üç sabiq prezidentin - Jelyu Jelevin, Peter Stoyanovun, Georgi Pırvanovun, UNESCO-nun baş direktoru bolqarıstanlı xanım İrina Bokovanın, sabiq xarici işlər naziri S.Pasinin, Sofiya şəhərinin icra başçısı xanım Y.Fandıkovanın, təhsil müəssisələrinin, elm ocaqlarının, KİV-lərin və yerli qurumların rəhbərlərinin və təmsilçilərinin iştirak etdiyini bildirən müəllif onlar tərəfindən Azərbaycanın ünvanına xoş sözlərin deyildiyini diqqətə çatdırmışdır.
Bununla yanaşı, məqalədə İkinci Bakı Beynəlxalq Humanitar Forumun açılışının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən edildiyini, dövlətimizin başçısının çıxışında bəşəriyyətin qlobal problemlərinin həllində multikulturalizmə alternativin olmadığını bildirdiyi qeyd olunmuşdur. Həmçinin bu Forumun yüksək səviyyədə, uğurla həyata keçirildiyi, iştirakçılar arasında elmi, siyasi, iqtisadi, mədəni sahələr üzrə bəşəriyyət üçün faydalı məsələlərin müzakirə edildiyi qeyd olunmuşdur.
L.Mixaylov yazısında Azərbaycan haqqında ətraflı məlumat vermişdir. Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın beynəlxalq nüfuzu və iqtisadi qüdrəti ilə regionda lider olduğu, iqtisadi inkişafının ildən-ilə artdığı, dünyanı bürüyən iqtisadi böhranın Azərbaycana təsir etmədiyi, əksinə, bu illər ərzində iqtisadiyyatın yüksək templə inkişaf etdiyi bildirilmişdir. Azərbaycanda neftin hasilatı ilə məşğul şirkətlərin açıqlamalarına görə, dövlət büdcəsinə 2006-2025-ci illər ərzində yalnız neftdən gələn gəlirin 400 milyard ABŞ dolları məbləğində təşkil edəcəyi qeyd olunmuşdur. Diqqətə çatdırılmışdır ki, böyük təbii qaz ehtiyatlarına malik Azərbaycanın "Şahdəniz-2" yatağında 2 milyard kubmetr təbii qaz ehtiyatı vardır. Ölkənin enerji sektorundan gələn gəlirlərin düzgün qaydada istifadə olunduğunu vurğulayan müəllif bu vəsaitin qeyri-energetika sektorunun inkişafına və vətəndaşların rifah halının yaxşılaşdırılmasına xərcləndiyini qeyd etmişdir.
Məqalədə Azərbaycanda dövlət quruculuğu barədə məlumat verən L.Mixaylov keçmiş SSRİ-nin süqutundan sonra ölkəmizin müstəqilliyini bərpa etdiyini, o dövrdə ağır itkilərlə üzləşdiyini, respublikamızın ərazisi olan Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan tərəfindən işğal olunduğunu bildirmişdir. Həmin dövrdə Azərbaycanın ümummilli lideri, sabiq Prezidenti Heydər Əliyevin hakimiyyətə gəldiyi və yürütdüyü müdrik siyasətlə ölkəni xaosdan, çətin vəziyyətdən xilas etdiyi, respublikamızın xarici, daxili, iqtisadi siyasətində mühüm addımlar ataraq regionda iqtisadi və siyasi cəhətdən güclü, sabit bir dövlətin əsasını qoyduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, 2003-cü ildə Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirir. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə ümumi daxili məhsulun həcmi dəfələrlə artmış, vaxtilə yüksək miqdarda xarici borcu olan Azərbaycan qısa müddətdə sürətlə inkişaf edərək böyük investor ölkəyə çevrilmiş, xarici ölkələrdə, əsasən Türkiyədə, Gürcüstanda böyük sərmayələr qoymuş, ölkədə sosial və mədəni sahələrin inkişafı istiqamətində fəal işlər aparılmış, yoxsulluğun səviyyəsi 48 faizdən 7 faizə endirilmiş, işsizliyin səviyyəsi 5 faizdən aşağı salınmışdır. Hazırda turizmin inkişafı istiqamətində mühüm işlər görülür, böyük layihələr həyata keçirilir. Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən xüsusi qayğının göstərildiyinin, idmançılara yüksək səviyyədə şəraitin yaradıldığının vurğulandığı yazıda beynəlxalq yarışlarda, Olimpiya oyunlarında Azərbaycan idmançılarının yüksək nəticələr göstərdiyi qeyd olunmuşdur.
L.Mixaylov məqaləsində Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan ilə yanaşı, xarici ölkələrdə də elm, təhsil, mədəniyyət, sosial sahələrdə həyata keçirdiyi misilsiz layihələrdən də söz açmışdır.
Müəllif, həmçinin Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi böyük nüfuz nəticəsində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, bu quruma sədrliyi dövründə mühüm qərarların qəbul edildiyini diqqətə çatdırmış, ölkəmizin Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi yüksək səviyyəli əməkdaşlıqdan danışmışdır.
Məqaləsini İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşerin Azərbaycan ilə bağlı xoş sözləri ilə yekunlaşdıran L.Mixaylov sabiq nazirin Cənubi Qafqazda Avropa İttifaqı üçün Azərbaycandan daha yaxın tərəfdaş tanımadığını bildirdiyini qeyd etmiş, ölkəmizin enerji təhlükəsizliyi təminatında dünya miqyasında vacib rol oynadığını, Avropa və dünya üçün mühüm ölkə olduğunu, eləcə də Avropa siyasətində hörmətli veteran ölkə hesab edildiyini vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında