Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir

Oktyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasın gündəliyinə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Bakı şəhərində keçiriləcək VII Baş Assambleyasına hazırlıqla əlaqədar görüləcək tədbirlər haqqında məsələlər daxil edilmişdir.
YAP-ın sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov gündəlikdə duran məsələlərlə bağlı ətraflı məlumat vermiş, partiyanın 20-ci ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq rayon (şəhər) təşkilatlarında silsilə tədbirlərin keçirildiyini, partiyanın yubileyinə həsr olunmuş yüksək bədii tərtibatlı kitabın nəşr olunması və digər məsələləri idarə heyəti üzvlərinin diqqətinə çatdırmışdır.
Gündəlikdə duran digər məsələ noyabrın 21-də İCAPP-ın VII Baş Assambleyasının Bakıda keçiriləcək iclasının yüksək səviyyədə təşkili məsələlərinə həsr olunmuşdur. Belə mötəbər forumun ölkəmizdə keçirilməsi Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, bu cür yüksək etimad YAP-ın İCAPP Daimi Komitəsinin üzvü kimi səmərəli fəaliyyətinin nəticəsidir.
İdarə heyəti gündəlikdə duran hər iki məsələ ilə bağlı müvafiq qərarlar qəbul etmişdir. Daha sonra cari məsələlər ətrafında fikir mübadiləsi aparılmış, təklif və tövsiyələr dinlənilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında