2010-cu il ekologiya ilidir

Son 3 ayda Beyləqanda 35 min ağac əkilmişdir

{nl}

Beyləqandan müxtəlif istiqamətlərə yollar uzanır - Füzuliyə, İmişliyə, Ağcabədiyə... Yollar boyunca səliqə ilə əkilmiş müxtəlif ağaclar diqqəti cəlb edir. İlk baxışda durna qatarını xatırladır. Kol-kosdan təmizlənmiş, hamarlanmış ərazilərin səliqə-sahmanı da göz oxşayır. Bir sözlə, ötüb keçən maşınların pəncərəsindən görünən yaşıllıq, təmizlik insanda xoş duyğular yaradır. Bu rahatlığı, bu gözəlliyi yaradanlara ürəkdən sağ ol demək istəyirsən...
Düzdür, əvvəllər də bu yollar boyunca müxtəlif ağaclar əkilmişdi, kiçik meşə zolaqları salınmışdı. Ancaq baxımsızlıq, diqqətsizlik üzündən ağacların çoxu qurumuşdu. İndi isə yollar boyunca, sözün əsl mənasında, meşə zolağı uzanır.
Biz Miryusif Əliyevlə də burada - Beyləqan - Ağcabədi yolunun üstündə görüşdük. O, rayon icra hakimiyyəti başçısının Kəbirli kəndi üzrə nümayəndəsidir. Söhbət zamanı məlum oldu ki, ağacəkmə kompaniyası bu gün də davam edir:
- Təbiətə qayğı, əslində, sağlamlığa, gözəlliyə qayğı deməkdir. Ancaq təəssüf ki, çox zaman biz belə vacib həqiqəti unuduruq. Bu baxımdan 2010-cu ilin ekologiya ili elan olunması hamımızın ürəyincə oldu. Mən bu sözləri deyərkən ötən əsrin 70-ci illərini xatırlayıram. Həmin illər Bakıda, o cümlədən respublikanın hər yerində bu istiqamətdə ardıcıl və sistemli iş görülmüş, böyük tədbirlər işlənib həyata keçirilmişdir. İndi gördüyünüz meşə zolaqlarının çoxu məhz həmin illərin məhsuludur. Demək istəyirəm ki, xalqımızın böyük oğlu Heydər Əliyev həyatımızın bütün sahələrində olduğu kimi, təbiətin qorunması, zənginləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəisndə də uzunmüddətli strateji plan işləyib hazırlamışdır.
Kəndimizin yaşından, sənətindən asılı olmayaraq hər bir sakini bu vacib kompaniyaya böyük həvəs və ürəklə qoşulmuşdur. Onlar yaxşı başa düşürlər ki, ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin sağlamlaşdırılması nəticə etibarilə onların özlərinin sağlamlığına və gümrah yaşamasına xidmət edir. Özü də biz ağacəkmə işlərini, səliqə-sahman və təmizlik işlərini təkcə magistral yollar boynuca həyata keçirmirik. Belə tədbirlər kəndimizin bütün ərazisində aparılır.
Ağacəkmə kompaniyası, təmizlik, ətraf mühitin mühafizəsi Beyləqan şəhərinin müxtəlif küçələrində, park və meydanlarında da ardıcıllıqla davam etdirilir. Şəhər sakini Hidayət Əliyev ürək sözlərini belə ifadə etdi:
- Yaz-yay aylarında Beyləqanın havası çox isti keçir. Deməli, yaşıllıq, kölgəlik, gül-çiçək burada daha çox vacibdir. Digər tərəfdən, ununtmamalıyıq ki, təmizlik, səliqə-səhman bizim hər birimizin sağlamlığıdır. Belə bir nəcib və xeyirxah kompaniyaya, sözsüz ki, biganə qalmaq mümkün deyil. Elə ona görə də hamı 2010-cu ilin ekologiya ili elan olunmasını ürəkdən alqışlayır, bu mühüm tədbirdə fəal iştirak edir.
Beyləqan rayon icra hakimiyyəti başçısının "Ekologiya ili" ilə əlaqədar rayonda ekoloji tədbirlərin gücləndirilməsinə dair tədbirlər planınıda nəzərdə tutulmuş tədbirlər geniş və əhatəlidir. Görüləcək işlərin konkret ünvanı, həmin tədbirlər üçün məsul olan idarə, müəssisə və təşkilatların dəqiq adı göstərilmişdir. Qeyd etmək yerinə düşər ki, tədbirlər planı rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Görüləcək işlərlə yaxından tanışlıq göstərdi ki, yaxın illərdə Beyləqan şəhərinin, eləcə də bütün qəsəbə və kəndlərin siması əsaslı şəkildə dəyişəcək, yaşayış məntəqələri daha abad, gözəl və yaraşıqlı olacaqdır.
Fevral ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə bağlı keçirilən müşavirədə bütün bunlar barədə ətraflı söhbət açılmış, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində ciddi addımlar atılması təxirəsalınmaz vəzifə kimi qarşıya qoyulmuşdur. Ölkə rəhbərinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 - 2010-cu illər üçün kompleks tədbirlər planı", "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair", "Meşələrin bərpa edilməsi və artırılmasına dair" və digər sərəncam və normativ-hüquqi sənədlər bu istiqamətdə işlərin daha da sürətləndirilməsinə böyük təkan vermişdir. Biz bunun konkret ifadəsini Beyləqan rayonunda aydın şəkildə gördük. Təsadüfi deyil ki, cari ilin təkcə ötən 3 ayı ərzində burada 35 min ağac əkilmişdir.
Ağacəkmə, ətraf mühitin mühafizəsi, təmizlik və səliqə-sahman işləri nəzərdə tutulmuş plan əsasında ardıcıl və sistemli şəkildə davam etdirilir.
Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında