Gəncədə AVİF Federasiya kuboku uğrunda velosiped yarışları başlamışdır

Oktyabrın 11-də Gəncə və Naftalan şəhərləri, eləcə də Samux, Goranboy rayonlarının ərazisində Federasiya kuboku uğrunda çoxgünlü ötüşmələr üzrə velosiped yarışlarına start verilib. Velosipedçilər dörd mərhələdə bütövlükdə 426 kilometr məsafə qət edəcəklər.
Yarışların 1-ci mərhələsində müxtəlif yaş qruplarından olan 50-dək idmançı fərdi və qrup şəklində mübarizəyə qoşulub. Yarışlarda Gürcüstan velosipedçilərinin 12 nəfərdən ibarət komandası da iştirak edir.
Yarışların ilk mərhələsi Samux rayonu ərazisində başlayıb. U-15 yaş kateqoriyası üzrə ötüşmələrdə Maksim Natereskov birinci olub. Şamil Rəhimov ikinci, Nurlan Həsənov isə üçüncü yeri tutub. U-17/Gənclər yaş kateqoriyası üzrə ötüşmələrdə Elgün Əlizadə bütün rəqiblərini qabaqlayaraq finişə hamıdan tez çatıb. Xosiauri Dimitriy ikinci (Gürcüstan), Ruslan Həsənov isə üçüncü yerin sahibi olub. Elit/U-23 yaş qurupu üzrə Samir Cəbrayılov finişə hamıdan tez çataraq birinci yeri tutub. Gürcüstan təmsilçisi Georgi Nadiradze ikinci, Aqşin İsmayılov isə üçüncü olub.
Sabah yarışların ikinci mərhələsi keçiriləcək.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında