Psixi Sağlamlıq Gününə həsr olunmuş "dəyirmi masa"

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru, professor Fuad İsmayılov açmışdır. Tədbirdə SN-nin baş psixiatrı, professor G.Gəraybəyli, Həkimlərin Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkalogiya kafedrasının müdiri, professor Teymur Qafarov, Ombudsman Aparatının nümayəndəsi, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, professor N.İsmayılov və digər psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Ümumdünya Səhiyyə Təşkilatının ölkədaxili ofisinin nümayəndəsi Sevil Əsədova və bir sıra ictimai təşkilatların nümayəndələri çıxış etmişlər.
"Dəyirmi masa" iştirakçıları dövlət tərəfindən psixi sağlamlıq məsələlərinə ayrılan böyük diqqəti xüsusi olaraq vurğulamışlar. Psixi sağlamlığın qorunmasına dair yeni qanunvericiliyin və psixi sağlamlıq sahəsində yeni Milli Strategiyanın qəbul edilməsi də qeyd edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən 1 saylı Psixiatrik Xəstəxananın tamamilə yenidən qurulması sahəsində böyük işlər görülmüşdür. Psixiatrik yardımın ümumi tibbi yardım sisteminə inteqrasiya prosesi başlanmışdır. Ümumi profilli xəstəxanalarda psixo-somatik şöbələrin açılması, psixiatrik xidmətlərin ilkin səhiyyə sisteminə tətbiqi, ümumi təcrübə həkimlərinin geniş yayılmış psixi pozuntuların aşkarlanması və müalicəsinə dair maarifləndirilməsi bu prosesin bir hissəsidir.
Psixi Sağlamlıq Mərkəzinin açılması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Mərkəzin funksiyalarına kompleks xarakterli ambulator psixososial yardımın göstərilməsi daxildir. Mərkəzdə krizis psixoloji yardım şöbəsi, psixoloji reabilitasiya, gündüz stasionarı, müalicə-konsultasiya və təşkilati-metodiki şöbələr fəaliyyət göstərir. 2012-ci ilin may ayında mərkəzin əməkdaşları Zaqatala rayonuna ezam edilmişlər. Burada onlar zəlzələdən əziyyət çəkmiş insanlara psixoloji yardımın göstərilməsində fəal iştirak etmişlər.
"Dəyirmi masa " iştirakçıları həmçinin, psixi sağlamlıq sahəsində gələcək inkişaf perspektivlərini və Azərbaycanda psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının qorunması məsələrini də müzakirə etmişlər. "Dəyirmi masa"da Ümumdünya Səhiyyə Təşkilatının 1992-ci il 10 oktyabr tarixindən başlayaraq hər il qeyd olunan Psixi Sağlamlıq Gününə dair müraciəti də oxunmuşdu.

{nl}

Aida ŞÜKÜRLÜ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında