Dünya alimləri multikulturalizm barəsində geniş fikir mübadiləsi apardılar

Qloballaşan dünyada müxtəlif ənənələrə, etnik və dini dəyərlərə malik qruplar və xalqlar arasında dialoq vacibdir. Bu baxımdan Azərbaycan multikulturalizm sahəsində daha çox inkişaf etmiş, bu sahədə örnək ola bilən bir ölkəyə çevrilmişdir.
Bu fikirlər ölkəmizin ev sahibliyi etdiyi İkinci Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirilmişdir. Müasir dörvrdə dünya getdikcə qloballaşır, odur ki, qloballaşma fonunda müsbət cəhətlərlə yanaşı, bəzi narahatlığa səbəb olan faktorlar da üzə çıxır. Müasir dövrdə dünya mediasının işıqlandırdığı mövzulara nəzər salsaq, fərqli dini, etnik qruplara məxsus toqquşmaların, narazılıqların getdikcə daha çox yayıldığının şahidi olarıq. Bəzən bu narazılıqlar silahlı qarşıdurmaya çevrilir, həmin ölkə və regionlarda cəmiyyətin haqlı narahat və təhlükəsinə səbəb olur. Belə olan halda cəmiyyətdə müxtəlif dini, etnik, mədəni qruplar arasında inteqrasiya və dialoqun vacibliyi aktuallaşır. Odur ki, dünyanın dörd bir tərəfindən Beynəlxalq Humanitar Foruma toplaşmış ziyalılar cəmiyyətdə multikulturalizm və özünüdərk mövzusu ilə bağlı öz fikir və təkliflərini, onları narahat edən məsələləri müzakirə etdilər. İştirakçılar həmçinin forumla bağlı öz təəssüratlarını da bölüşdülər.
Razie Sultana, Pakistanda Kaydi-Əzəm Universitetinin tarix kafedrasının müdiri:
Azərbaycanda təşkil edilmiş bu beynəlxalq forum humanitar sahədə fəaliyyət göstərən mütəxəssislər üçün çox gözəl imkanlar yaradır. Dünyanın fərqli ölkələrindən ziyalıların, eləcə də Nobel müküfatçılarının iştirak etmələri özlüyündə mühüm əhəmiyyət daşıyır. Belə yüksək səviyyədə tədbirin təşkili böyük təşəbbüsdür. Bunun üçün təşkilatçılara təşəkkür edirəm. Mənim fikrimcə, forum təkcə ölkənizdə deyil, bütövlükdə dünyada xalqlar və sivilizasiyalararası dialoq üçün çox vacib və əhəmiyyətlidir. Hesab edirəm ki, ölkəniz və Pakistan multikulturalizmlə bağlı oxşar məqamlar var. Pakistan etnik və dini müxtəliflik baxımından zəngin bir regiondur. Odur ki, Pakistan multukulturalizm sahəsində zəngin ənənəyə malikdir. Düşünürəm ki, multikulturalizmin işıqlı gələcəyi var və o cəmiyyəti daha da gücləndirir.
Akkan Suver, Mərmərə Fondunun prezidenti:
Bakıda keçirilən bu forum həqiqətən maraqlı və aktual məsələləri ortaya qoyub. Müzakirə etdiyimiz multikulturalizm də müasir dövrdə mühüm mövzulardandır. Təəssüflə deməliyəm ki, bu gün bir sıra hadisə və proseslər dünyanın dözümsüzlük yoluna qədəm qoyduğunu göstərir. Bu xüsusilə də dini sahədə özünü biruzə verir. Bu baxımdan hesab edirəm ki, dindarlar arasında dialoq çox vacibdir. Bu baxımdan dindar qrupların üzərinə böyük məsuliyyət düşür. Onlar öz səylərini sülh və dialoqa sərf etməli, cəmiyyətdə xoşagəlməz proseslərə səbəb olan amillərin qarşısını almaq üçün əllərindən gələni əsirgəməlidirlər. Mən təklif edirəm ki, dindarların bu işlə bağlı özlərinin sülh xəritəsi olsun. Bu XXI əsrin ən mühüm məsələlərindən biridir. Bəşəriyyətdə sülh və əmin-amanlığa nail olmaq istəyiriksə, ilk növbədə bir-birimizə hörmət etməli, tolerantlıq nümayiş etdirməliyik.
Rəşidə Dati, Avropa parlamentinin üzvü, Parisin 7-ci ərazisinin meri:
Bugün dünyanın hər yerində multikulturalizm özünü qabarıq şəkildə biruzə verməkdədir. Uzun illər bu mövzu Avropada ağrılı mövzulardan olub. Lakin Azərbaycan bu anlayışı çox müsbət formada qəbul edib, ölkəniz multikulturalizm sahəsində xeyli uğurlar qazanıb. Sevindirici haldır ki, Azərbaycanın iqtisadi və sosial inkişafından əldə edilən uğurlar həm də elmi dialoqa, etnik azlıqların şəraitinin yaxşılaşdırılmasına, eləcə də insan hüquqlarının təminatına müsbət təsir göstərir. Azərbaycan multikulturalizmlə bağlı yaxşı bir örnək hesab edilə bilər. Bugün təəssüflər olsun ki, dünyada islamla bağlı yalnış fikirlər və rəylər səsləndirilir. Biz islama qarşı hücumlara yol verməməliyik, biz mənfi nəticələrin olmasına imkan verə bilmərik. Qeyd edim ki, Avropada islamla bağlı problem çoxdan var. Düşünürəm ki, islamla demokratiya qarşılıqlı şəkildə, mövcud ola və inkişaf edə bilər. Biz bu barədə düşünməliyik, sübut etməliyik ki, islamın multikulturalizm və demokratiyaya heç bir təhlükəsi yoxdur.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında