QHT Əməkdaşlıq Alyansının bir illik fəaliyyəti yüksək qiymətləndirilmişdir

Oktyabrın 11-də Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının ümumi yığıncağı keçirilmişdir.  
Yığıncağı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, QHT Əməkdaşlıq Alyansı Şurasının üzvü Rufiz Qonaqov açaraq ötən illərdə ölkədə vətəndaş cəmiyyətinin sürətlə inkişaf etdiyini bildirmişdir.
Azərbaycan dövlətinin QHT-lərin inkişafına, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, fəaliyyət dairəsinin genişləndirilməsinə daim maraq göstərdiyi vurğulanmışdır. Bildirilmişdir ki, QHT Əməkdaşlıq Alyansı 2011-ci il iyulun 8-də təsis edilmişdir. Alyans ötən bir il ərzində öz məqsədlərinin həyata keçirilməsi üçün ciddi addımlar atmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ulu öndər Heydər Əliyevin ölkədə vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi qayğı və diqqəti xatırlatmışdır. O, QHT-lərin qanunvericilik bazasının yaradılmasında ulu öndərin məsləhət və tövsiyələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov çıxış edərək bildirmişdir ki, hazırda ölkəmizdə 2 min 800 QHT qeydiyyatdan keçmişdir. Onların 5 faizi fond kimi, qalanı isə ictimai birlik kimi fəaliyyət göstərir. Təəssüflər olsun ki, onların böyük əksəriyyəti ümumi yığıncaq keçirmir, bəzilərinin isə ümumiyyətlə fəaliyyətləri hiss olunmur.
Tahir Süleymanov bütün bunlara baxmayaraq, ötən il yaradılmış QHT Əməkdaşlıq Alyansının bu gün özünün hesabat yığıncağını keçirməsini müsbət hal kimi qiymətləndirmişdir.
Şöbə müdirinin müavini əmin olduğunu bildirmişdir ki, son bir ildə uğurlu layihələr həyata keçirən, öz sıralarında potensialı olan QHT-ləri birləşdirən alyans bundan sonra da qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Milli QHT Forumunun sədri Rauf Zeyni, Milli Məclisin deputatı Əli Məsimli və başqaları da Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişafına diqqət və qayğısından danışmış, alyansın işinə uğurlar arzulamışlar.
Sonra QHT Əməkdaşlıq Alyansının bir illik fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilmişdir. Məruzədə alyansın təşkilatçılığı ilə bir il ərzində keçirilmiş tədbirlər haqqında məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT - hökumət dialoqu" mövzusunda keçirilən tədbir də bu qəbildəndir.
Məruzədə alyansın perspektiv fəaliyyət istiqamətlərindən də bəhs olunmuşdur. Bildirilmişdir ki, qarşıdan gələn 2013-cü il Azərbaycan Respublikasında prezident seçkisi ilidir. Ölkənin hazırkı inkişafı, demokratik təsisatların möhkəmlənməsi baxımından qarşıdan gələn prezident seçkiləri vətəndaş cəmiyyəti üçün də əhəmiyyətlidir. İctimai sektor nə qədər istəsə də, bu kampaniyadan kənarda qala bilməz. Buna görə də QHT Əməkdaşlıq Alyansı ölkənin aparıcı vətəndaş cəmiyyəti institutlarından biri olaraq, seçkilərin demokratik keçirilməsini cəmiyyətimizin əsas inkişaf bazası hesab edir və bu sahədə monitorinq aparmaqla, real seçki vəziyyətinin öyrənilməsi, bu vəziyyətin ölkə ictimaiyyətinə, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılmasını özünün əsas prioritetlərindən biri sayır. Alyansda birləşən QHT-lərin təcrübə və bacarıqları, dövlətə və xalqa bağlılığı bu işin öhdəsindən layiqincə gəlməyə imkan verir.
Daha sonra alyansın yeni nizamnaməsi təsdiq olunmuş, rəhbər və idarəetmə orqanları seçilmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında