Cari ilin doqquz ayında Azərbaycanda 1446,7 milyon manat məbləğində büdcə artıqlığı yaranmışdır

Maliyyə Nazirliyi 2012-ci ilin 9 ayında dövlət və icmal büdcələrin icrasına dair məlumatı açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2012-ci ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12521 milyon manat, xərcləri 11074,3 milyon manat olmuş, 1446,7 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranmışdır.
Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 103,1 faiz icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 faiz və ya 3542,1 milyon manat çoxdur.
Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 108,1 faiz əməl etmiş, yəni büdcəyə 4554,5 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 12,1 faiz çox vəsait təmin etmişdir.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,4 faiz əməl olunmaqla büdcəyə 880,8 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.
Dövlət Neft Fondundan büdcəyə 7038,4 milyon manat vəsait daxil olmuşdur.
Sair daxilolmalar üzrə büdcəyə 47,3 milyon manat köçürülmüşdür.
Cari ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 90,1 faiz icra edilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 26,8 faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayı ərzində dövlət büdcəsi xərclərinin 30,4 faizi sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 327,2 milyon manat və ya 10,8 faiz çox olmuşdur.
Funksional təsnifata uyğun olaraq 2011-ci ilin eyni dövrü ilə müqayisədə 2012-ci ilin doqquz ayında müdafiə xərclərinə 35,4 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 30,6 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclərə 28,9 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28,7 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 27,6 faiz, nəqliyyat və rabitə xərclərinə 22,5 faiz, sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 19,1 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 18,5 faiz, səhiyyə xərclərinə 17,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 14,7 faiz, ümumi dövlət xidmətləri xərclərinə 6,4 faiz, təhsil xərclərinə 1,5 faiz çox vəsait yönəldilmişdir.
Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 3806,8 milyon manat vəsait ayrılmışdır. Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 825,5 milyon manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya və bu qəbildən olan digər infrastrukturların tikintisinə, yenidənqurulmasına 2305,6 milyon manat vəsait yönəldilmişdir.
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 16280,4 milyon manat, xərcləri isə 12643,8 milyon manat icra edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında