Azərbaycan ilə Tacikistan arasında hərbi sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin müdafiə naziri, general-polkovnik Şerali Xayrulloyev ilə görüşmüşdür.  
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir. Azərbaycan və Tacikistan müdafiə nazirləri arasında imzalanmış sazişə uyğun olaraq, hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilmişdir.
Abbasəli Həsənov Azərbaycanda Silahlı Qüvvələrin inkişafı və dövlətin orduya qayğısı haqqında məlumat vermişdir. Səfir, həmçinin Şərqdə ilk dünyəvi və demokratik dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışmış, müstəqilliyin bərpasından sonra bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində əldə edilmiş uğurlarda ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamışdır. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, ölkəmizdə hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan səfir qeyd etmişdir ki, rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi problemin həllinə maneə yaradır. Bildirmişdir ki, münaqişə nəticəsində tarixi Vətənlərindən didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlər hələ də doğma yurdlarına qayıda bilmirlər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Düşənbə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında