Ədliyyə Nazirliyi ədliyyə orqanlarında vakant vəzifələrə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan etmişdir

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan etmişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vakant ştat vahidləri əsasən nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrindədir.
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna əsasən qulluğa qəbulla bağlı tələb və şərtlərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları göstərilən ədliyyə sahələrində çalışmaq üçün müsabiqəyə dəvət olunurlar.
Müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən (www.justice.gov.az) və ya nazirliyin aparatından (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılacaqlar.
Müsabiqədə iştirak etmək üçün ərizələr 2012-ci ilin oktyabr ayının 15-dən etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumat internet səhifəsi və ya 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə almaq olar).
Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda bildirilir ki, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114) və tibb xidmətlərinə (Bakı şəhəri, Bülbül prospekti 2), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xəqani küçəsi 14) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu aidiyyəti baş idarələrdə fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında