Rusiyada Azərbaycana həsr edilən "Nar damcıları" adlı rəsm sərgisi açılmışdır

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiya Dövlət Humanitar Universitetinin sərgi salonunda Azərbaycana həsr edilən "Nar damcıları" adlı rəsm sərgisinin açılış mərasimi keçirilmişdir. 
AzərTAc xəbər verir ki, sərgidə nümayiş olunan rəsm əsərlərinin müəllifləri universitetin bu ilin yayında Azərbaycana səfər etmiş müəllim və tələbələridir.
Açılış mərasimində Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar çıxış edərək rəhbərlik etdiyi ali təhsil müəssisəsində belə sərginin ilk dəfə təşkil olunduğunu bildirmişdir. Rektor demişdir ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr hər sahədə yüksələn xətt üzrə inkişaf edir. Mədəni əlaqələrin möhkəmləndirilməsində bu cür tədbirlərin əhəmiyyətini qeyd edən Y.Pivovar universitetdə gələcəkdə də belə sərgilərin keçiriləcəyini vurğulamışdır.
Rektor universitetin müəllim və tələbələrinin Azərbaycana səfərinin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevaya təşəkkürünü bildirmişdir.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin yarandığı gündən müxtəlif layihələri həyata keçirdiyini və bu layihələrin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə yönəldiyini vurğulamışdır.
Digər çıxış edənlər də sərginin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildirmiş, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin bu cür layihələri həyata keçirməsini yüksək qiymətləndirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında