Azərbaycan əhalisinin böyük əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir

Azərbaycan əhalisinin böyük əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir. "Rəy" Monitorinq Mərkəzinin sentyabrın 26-30-da keçirdiyi ictimai sorğunun nəticələri belə deməyə əsas verir.
Sorğunun nəticələrinə əsasən, əgər qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi, əhalinin mütləq əksəriyyəti (87 faizə yaxını) öz səsini Prezident İlham Əliyevə verərdi.
"İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?" sualını cavablandırarkən respondentlərin 84 faizi "bəli, cavab verir".
Sorğu, həmçinin göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (56 faizi) birmənalı olaraq səsverməyə qatılardı. Respondentlərin 17 faizi "yəqin ki, iştirak edərdim" cavab variantını seçmiş, 14 faizi isə bildirmişdir ki, səsverməyə qatılmaqdan imtina edərdi.
Rəyi soruşulanların 13 faizi bu suala cavab verməkdə çətinlik çəkmişdir.
Hesabat sentyabrın 26-30-da keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanmışdır. "Üzbəüz" müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 1500 respondent cəlb edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında