Azərbaycan Texniki Universitetində beynəlxalq elmi-texniki əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Oktyabrın 9-da Azərbaycan Texniki Universitetində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Elmi Şurasının "Materialşünaslıq fənnləri üzrə təhsil problemləri"nə həsr olunmuş səyyar sessiya keçirilmişdir. 
Tədbirdə universitetin rektoru professor Havar Məmmədov bu nüfuzlu beynəlxalq qurumun ölkəmizin elmi ictimaiyyəti ilə əlaqələrinin genişləndirməsinin əhəmiyyətindən danışmış, əməkdaşlığın yeni axtarışlara və nailiyyətlərə zəmin yaratdığını bildirmişdir.
Akademik Maqsud Əliyev Azərbaycan alimlərinin yarımkeçiricilər sahəsində yüksək nailiyyətlər əldə etdiklərini, bu materialların alınması və tətbiq edilməsini elmə və istehsalata sanballı töhfə olduğunu söyləmişdir.
Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Elmi Şurasının sədri, akademik Fyodor Kuznetsov təmsil etdiyi qurumun fəaliyyətindən, dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirlərdə iştirakından söz açmışdır. O, Azərbaycan alimlərinin yarımkeçiricilərin tədqiqi sahəsində əldə etdikləri elmi nailiyyətləri yüksək dəyərləndirmiş, birgə əməkdaşlığın yaxşı səmərə verəcəyini vurğulamışdır.
Sonra Rusiya Elmlər Akademiyası Sibir Filialının elmi əməkdaşı, professor Aleksandr Nepomnyaşinin "Günəş enerjisi üçün yarımkeçirici materiallar" mövzusunda məruzəsi dinlənilmişdir. O demişdir ki, alternativ enerji mənbələrindən, yəni günəş və külək enerjisindən elektroenergetikada istifadə olunması sahəsində əldə edilən nailiyyətlər getdikcə artır, mühüm inkişaf perspektivləri gözlənilir.
Rusiya, Ukrayna və Qazaxıstanın elmi qurumları nümayəndələrinin iştirak etdikləri sessiyada alternativ enerji mənbələrindən istifadə ilə bağlı mühüm problemlərə toxunulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında