"Neft Daşları" yatağında yeni quyu istismara verilmişdir

Ötən əsrin ortalarında dünyada ilk dəfə olaraq açıq dənizdə neftçıxarmanın əsası qoyulmuş "Neft Daşları" yatağı özünün zəngin ehtiyatları ilə bu gün də Azərbaycanın neft sənayesi üçün böyük əhəmiyyət daşıyır.

{nl}


Təsadüfi deyil ki, ölkəmizin neft sənayesinin daha da inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərən dövlət başçısı İlham Əliyev adı çəkilən yatağın perspektivini nəzərə alaraq burada hasilatın iki dəfəyə yaxın artırılmasını neftçilərə tövsiyə etmişdir.
Gələn ay yatağın istismara başlanmasının 69-cu ildönümünü qeyd etməyə hazırlaşan "möcüzələr ada"sının qəhrəman neftçiləri ölkə Prezidentinin bu vacib tapşırığını yerinə yetirmək üçün səylərini getdikcə artırırlar. Bu yaxınlarda isə onlar "Neft Daşları" yatağındakı 1887 nömrəli özüldən 2291 nömrəli quyunu qazmadan sonra istismara vermişlər. Xatırladaq ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılmış həmin quyu 3026-3006 metr intervaldan sutkada 27 ton neft hasilatı ilə işləyir. Yeri gəlmişkən, 1887 nömrəli platformadan ümumilikdə 40 quyunun qazılması nəzərdə tutulmuşdur. Ötən müddətdə platformadan qazılmış 34 quyu isə hazırda uğurla istismar olunur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında