Bakı şəhəri üzrə daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsi yaradılır

Tədbirin keçirilməsində məqsəd Bakı şəhərində kadastr layihəsinin uğurla həyata keçirilməsi üçün maraqlı tərəflər və vətəndaşlar arasında maarifləndirmə və izahat işlərinin aparılması, digər əlaqədar icra qurumları ilə fəaliyyətin əlaqələndirilməsi, iş prosesində dəstəyə nail olmaqdır. 
Bu barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədir müavini Rafiq Cəlilov qeyd etmişdir ki, ƏMDK tərəfindən müasir dünya təcrübəsinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır. Ölkədə daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkənin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir.
Xatırladılmışdır ki, artıq icrasına başlanan "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması" layihəsi Türkiyənin "Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş." şirkəti tərəfindən reallaşdırılacaq. Bir il ərzində həyata keçiriləcək bu layihə çərçivəsində ilk olaraq Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında mövcud olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası yaradılacaq. Başqa sözlə, qeyd edilən rayonların rəqəmsal kadastr xəritələri tərtib ediləcək. Bu müddət ərzində həmçinin Bakının digər 9 rayonunda daşınmaz əmlaka dair rəqəmsal kadastr xəritələrinin tərtibi üçün zəruri kameral hazırlıq işləri görüləcək.
Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, inkişaf planlaşdırılmasına və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcək. Bütün bunlar isə öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq. Eyni zamanda, inkişaf etmiş ölkələrin kadastr sahəsindəki müasir təcrübəsi əsasında həyata keçirilən layihə nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud prosedurların sadələşdirilməsinə, qeydiyyata sərf olunan vaxtın azaldılmasına, məlumatların dəqiqliyinin təmin edilməsinə, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına, bütövlükdə elektron xidmətlərin geniş miqyasda tətbiqinə nail olunacaq.

{nl}

V. BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında