bp şirkəti ilə ARDNŞ arasında çərçivə sənədi imzalanmışdır

Oktyabrın 5-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində bp şirkəti ilə ARDNŞ-in Geologiya və Geofizika İdarəsi arasında "Texniki xidmətlər haqqında çərçivə müqaviləsi" sənədinin imzalanma mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə açan ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirmişdir ki, sənədin imzalanması ilə bp şirkətinin operator olduğu kəşfiyyat və qiymətləndirmə layihələrinə texniki xidmətlərin göstərilməsində Dövlət Neft Şirkətinin imkanlarından daha geniş istifadə ediləcəkdir. 
Xatırladaq ki, sənədi ARDNŞ tərəfdən Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayev, bp şirkəti tərəfindən isə çərçivə müqaviləsinin icraçı meneceri Pol Evans imzalamışlar. Akademik Xoşbəxt Yusifzadə çərçivə sazişinin həyata keçirilməsində müqavilə tərəflərinə uğurlar arzulamışdır.
bp şirkətinin kəşfiyyat və qiymətləndirmə məsələləri üzrə vitse-prezidenti Qreq Rayli geoloji və geofiziki xidmət sahələrində ARDNŞ ilə əməkdaşlığın genişləndirilməsindən məmnun qaldığını bildirmiş, hər iki şirkət arasındakı əlaqələrin tarixindən söz açmış, imzalanmış müqavilənin əhəmiyyətindən danışmışdır. O qeyd etmişdir ki, müqavilə ARDNŞ-in Xəzər dənizi akvatoriyasında axtarış-kəşfiyyat işlərinin aparılması və qiymətləndirmə sahəsində zəngin təcrübə və biliyə malik olduğunu bir daha təsdiq edir. ARDNŞ-in öz təcrübəsini həmişə bp şirkəti ilə bölüşməyə hazır olduğunu vurğulayan Q.Rayli yeni müqavilənin mövcud əməkdaşlığın daha da dərinləşdirəcəyinə təkan verəcəyinə əmin olduğunu bildirmişdir.
Tədbirdə, həmçinin vurğulanmışdır ki, imzalanan müqaviləyə əsasən, bp şirkəti operatoru olduğu "Şəfəq-Asiman hasilatın pay bölgüsü sazişi" sahəsini əhatə edən iki ölçülü seysmik xətlərin yenidən texniki emalı və üç ölçülü məlumatların emalına əsas yaratmaq məqsədilə "Şəfəq-Asiman"ın üç ölçülü tədqiqatında əsas layların seysmik interpretasiyası işlərində ARDNŞ-in xidmətlərindən istifadə etməyi planlaşdırır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında