Bakıda "Miqrasiyada tendensiyalar və Beynəlxalq Miqrasiya Təşkilatının bu sahədə gördüyü işlər" mövzusunda təqdimat keçirilmişdir

Oktyabrın 10-da Bakıda Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti (UNDPİ) Beynəlxalq Miqrasiya Təşkilatı (BqMT) ilə birgə "Miqrasiyada tendensiyalar və BqMT-nin bu sahədə gördüyü işlər" mövzusunun təqdimatını keçirmişdir. 
Tədbirdə BqMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktorpak təqdimatla çıxış etmişdir. S.Aktoprak miqrasiyanın tarixi, insan alveri, ölkəmizdə bu sahədə görülən tədbirlər barədə ətraflı məlumat vermişdir.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsi Envera Selimoviç insanlar arasında bərabər dayanıqlı inkişafın, xüsusilə də onların informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edə bilmələrinin vacibliyini vurğulamışdır.
Bildirmişdir ki, tədbirin məqsədi media nümayəndələrini dünyada insan alveri ilə mübarizə aparan beynəlxalq təşkilat haqqında məlumatlandırmaq və eyni zamanda, təşkilatın Azərbaycandakı fəaliyyəti barədə maarifləndirməkdir.
Qeyd edilmişdir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının tam hüquqlu üzvü olmasının və BMT-nin ölkəmizdə fəaliyyətə başlamasının 20-ci ildönümü münasibətilə təşkilat müxtəlif təhsil ocaqlarında, qeyri-hökumət və beynəlxalq təşkilatlarda məlumat xarakterli mühazirələrə başlamışdır. Azərbaycan cəmiyyətinin BMT barədə daha geniş maarifləndirilməsi məqsədini güdən bu tədbirlərdə təşkilatın strukturu, dünyada və Azərbaycanda fəaliyyəti ilə yanaşı, BMT-nin gündəmi üçün vacib olan məsələlər barədə də ətraflı məlumat verilir.
Diqqətə çatdırılmışdır ki, bugünkü tədbir də adıçəkilən kampaniya çərçivəsində təşkil olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında