Əgər insanlar Ermənistanı tərk edərək yaşamaq üçün başqa ölkələrə üz tuturlarsa, deməli, bu səbəbsiz deyildir

Əgər insanlar Ermənistanı tərk edərək yaşamaq üçün başqa ölkələrə üz tuturlarsa, deməli, bu səbəbsiz deyildir.
AzərTAc Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Ermənistandakı səfiri Veçeslav Kovalenko Yerevanda keçirdiyi mətbuat konfransında demişdir.
Rusiyanın miqrasiya xidmətini Ermənistan vətəndaşlarına ölkədən çıxmaqda kömək etdiyinə görə tənqid edən baş nazir Tiqran Sarkisyana cavab verən rusiyalı səfir bildirmişdir ki, miqrasiya xidmətinin köməyi olmasa da insanlar Ermənistanı tərk edəcəklər. Erməniləri heç kəs zorla Rusiyaya köçürmür. Onların özləri könüllü olaraq öz ölkələrini tərk edirlər. Rusiyanın miqrasiya xidməti isə Yerevanda nümayəndəliyini açmaqla bu prosesi qanun çərçivəsinə salmağa çalışır.
Səfir statistik rəqəmlərə toxunaraq qeyd etmişdir ki, son illər ərzində Ermənistandan ABŞ-a öz ailəsi ilə birlikdə 5 min nəfər köçmüşdür. Bunlar ölkəni birdəfəlik tərk etmişlər. Rusiyaya köçənlərin sayı isə bundan azdır.
Rusiya səfirinin sözlərindən sonra Ermənistan mətbuatı bir daha miqrasiya məsələsini gündəmə gətirmişdir. Mətbuatın araşdırmasından məlum olur ki, insanların Ermənistanı tərk etmələrinin səbəbləri dəyişməmişdir. Onlar əsas səbəb kimi işsizlik, səfalət və siyasi baxışlarına görə təqibə məruz qalmalarını göstərmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında