Qurban YETİRMİŞLİ: Şamaxı-İsmayıllı bölgəsi tarixən çox fəal seysmik zona olmuşdur

Azərbaycanda seysmogen zonalar həmişə fəal olmuşdur. Şamaxı və İsmayıllı çox fəal seysmik zona olduğundan tarixən burada Rixter cədvəli ilə maqnitudası 5 baldan yuxarı zəlzələlər baş vermişdir. Bu bölgədə ən axırıncı güclü zəlzələ 1902-ci il yanvarın 31-də baş vermiş, məhz həmin tarixdən də Azərbaycanda seysmik müşahidələr aparılmağa başlanılmışdır.
AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli keçirdiyi mətbuat konfransında söyləmişdir.
Baş direktor demişdir: "Şamaxı-İsmayıllı zonası gərgin olaraq qalır. Oktyabrın 7-də bu bölgədə baş verən zəlzələ zəif deyildi, ancaq 40 kilometr dərinlikdə olduğuna görə, bu zəlzələ əksər rayonlarda hiss edilsə də, dağıntı yaratmamışdır. Zaqatalada baş verən zəlzələ bu gücdə - 5,6-5,7 maqnitudada olsa da, dərinliyi 8-10 kilometr olduğundan dağıntı yaratmışdır. Dünən Şamaxıda, bu gecə Mingəçevirdə baş verən zəlzələlərin olması təbiidir. Çünki güclü yeraltı təkan ətrafda olan zəlzələ ocaqlarını oyatmaq imkanına malikdir. Bu təkanlardan sonra qırılmalar boyunca təkanlar olacaqdır".
Azərbaycanın seysmik rayonlaşdırma və seysmotektonik xəritələrinin, Bakının seysmik risk xəritəsinin hazırlanmasının vacibliyini bildirən Q.Yetirmişli demişdir ki, bu xəritələr bir neçə qurumun iştirakı ilə hazırlanmalıdır.
Q.Yetirmişli bildirmişdir ki, ötən il Azərbaycanda 10 mindən artıq yeraltı təkan qeydə alınmışdır. Bunlardan yalnız maqnitudası 3-dən çox olanlar barədə ictimaiyyətə məlumat verilir. O, demişdir ki, bu ilin birinci yarısında baş verən təkanların sayı bundan da çoxdur. Bu, seysmik stansiyaların sayının çoxalmasının nəticəsidir. Hazırda ölkədə 31 seysmik stansiya fəaliyyət göstərir. Xəzərdə 3 dənizdibi stansiyanın, quruda 4 stansiyanın quraşdırılmasından sonra onların sayı 38-ə çatdırılacaqdır.
Bunun az olduğunu qeyd edən Q.Yetirmişli bildirmişdir ki, təkcə ABŞ-ın Kaliforniya ştatında 2 min seysmik stansiya vardır.
Tədbirdə Bakıda keçirilən "Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı" mövzusunda V Beynəlxalq konfransının iştirakçıları olan xarici ölkələrin seysmoloqları da çıxış edərək Azərbaycanda elm sahəsinə investisiya qoyuluşuna dövlət tərəfindən xüsusi diqqət yetirildiyini vurğulamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında