Azərbaycanın müdafiə naziri NATO-nun Əfqanıstana həsr olunmuş iclasında çıxış edib

Səfər ƏBİYEV: "İşğalın yaratdığı gərginlik Azərbaycanın İSAF əməliyyatlarında iştirak səylərini məhdudlaşdırır"

{nl}

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 10-da Şimali Atlantika Şurasının Əfqanıstana həsr olunmuş ISAF formatında iclasında iştirak edib. 
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, iclas zamanı nazir S. Əbiyev çıxış edərək Əfqanıstanda aparılan ISAF əməliyyatının cari vəziyyətinə dair fikirlərini bölüşüb, Azərbaycanın göstərdiyi çoxtərəfli töhfələrin davam etdiriləcəyini qeyd edib. Habelə, S. Əbiyev Azərbaycanın ISAF əməliyyatının yekunlaşacağı 2014-cü ildən sonra da Əfqanıstana yardımlarını davam etdirəcəyini vurğulayıb.
Bununla yanaşı, nazir qeyd edib ki, beynəlxalq hüquq və NATO/SNT prinsiplərinin kobud pozulması yolu ilə Azərbaycan torpaqlarının işğalının yaratdığı gərginlik ölkəmizin bu istiqamətdəki səylərini məhdudlaşdırır. O, müxtəlif bəhanələrlə "status-kvo"nun saxlanılması və işğalın davam etdirilməsinin Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid törətdiyini də vurğulayıb.
Brüsselə səfəri çərçivəsində S. Əbiyev bir sıra dövlətlərin müdafiə nazirləri ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında