Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının Xəzər Flotiliyasının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin xatirəsini anmışdır

Rusiya Hərbi Dəniz Donanması (HDD) Xəzər Flotiliyasının komandanı, kontr-admiral Sergey Alyokminskinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin müşayiəti ilə oktyabrın 10-da Fəxri Xiyabanı ziyarət edərək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı üzərinə əklil qoymuşdur. 
AzərTAc xəbər verir ki, Rusiya nümayəndə heyətinin üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anaraq, məzarı üzərinə güllər qoymuşlar.
Vladimir Doroxin bildirmişdir ki, RF HDD Xəzər Flotiliyasının komandanı, kontr-admiral Sergey Alyokminskinin bayrağı altında Xəzər Flotioliyasının gəmilər dəstəsi dünən Bakıya gəlmişdir. Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında, Azərbaycan Ali Hərbi-Dəniz Məktəbində olmuş, İçərişəhəri gəzmişlər.
V.Doroxin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini əks etdirən bu tədbirin əhəmiyyətini vurğulamışdır.
Sergey Alyokminski Bakı limanına dəvət edilmələri, Azərbaycan dənizçiləri tərəfindən yaxşı qarşılanmaları və səfərin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş komandanı, vitse-admiral Şahin Sultanova minnətdarlığını bildirmişdir.
Kontr-admiral demişdir ki, bu il Xəzər Flotiliyası üçün əlamətdardır. Flotiliyanın yaradılmasından 290 il ötür. Bu əlamətdar tarixi qədim və eyni zamanda çox müasir olan Bakı şəhərində bayram etmək xoşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında