Moskvada İDEA Beynəlxalq Ekoloji Kompaniyası və WWF-Rusiya arasında əməkdaşlıq haqqında saziş imzalanacaqdır

Oktyabrın 12-də "Holidey İnn Moskva Sokolniki" otelində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) forumunun açılışı olacaqdır. Açılış mərasimində RAGT-nin başçısı, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Beynəlxalq Ekoloji Kampaniyasının təsisçisi Leyla Əliyeva, habelə Azərbaycanın və Rusiyanın rəsmi nümayəndələri iştirak edəcəklər. 
Elə həmin gün Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu (WWF-Rusiya) və İDEA Beynəlxalq Ekoloji Kampaniyası arasında əməkdaşlıq haqqında Sazişin imzalanması mərasimi keçiriləcəkdir. Əməkdaşlıq Sazişi Rusiya və Azərbaycan arasında təbiəti mühafizəsi sahəsində qarşılıqlı fəaliyyəti qabaqcıl ekoloji təcrübələrin, texnologiya və standartların tətbiqi və təbliği, əhalidə ekoloji şüurun formalaşdırılması, Avropa zubrunun və Ön Asiya bəbirinin populyasiyasının bərpa olunmasına dair proqramların inkişaf etdirilməsi istiqamətlərində genişləndirməyi nəzərdə tutur.
Konfransın ikinci günü - oktyabrın 13-də qonaqlar müasir gənclərin aktual problemlərinə həsr olunmuş üç seksiyadan birində iştirak edə bilərlər.
"Təmiz gələcək naminə məsuliyyət" adlı birinci seksiyada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, RwC-nin Xeyriyyə Komitəsinin başçısı və ekoloji proqramlarının lideri Karina Xudenko, WWF-nin biomüxtəliflik proqramının əlaqələndiricisi Vladimir Krever, "Ekosfera" Sosial-Ekoloji Mərkəzinin başçısı, ekoloq Firuzə Sultanzadə, habelə "National Geographic" jurnalının fotoqrafı və filantrop Rza Deqati çıxış edəcəklər. Birinci seksiyanı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Tətbiqi iqtisadiyyat və kommersiya fakültəsinin dekanı Aleksey Svişşev idarə edəcəkdir.
"İnternet, sosial media və gənclər" mövzusunda ikinci seksiyada RwC-nin korporotiv kommunikasiyalar üzrə böyük meneceri Yekaterina Kapralova, "Angel Relations Group"un baş direktoru Aleksey Karlov, habelə "New Baku Post" qəzetinin redaktoru Kənan Quluzadə və tanınmış rusiyalı jurnalist, Rusiyanın Birinci kanalının aparıcısı Maksim Şevçenko iştirak edəcəklər. İkinci seksiyanın moderatoru İTAR-TASS agentliyinin şərhçisi Səadət Qədirova olacaqdır.
Üçüncü seksiyada "Multikulturalizmə alternativ yoxdur" mövzusunda diskussiyalar aparılacaqdır. Həmin seksiyada məşhur yazıçı Çingiz Abdullayev, bloqqer və populyar "Oralar", "AzRU TV" layihələrinin müəllifi Azər Qərib, "ASAİF"in həmtəsisçisi, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini Nemət Nağdəliyev, habelə tanınmış aktyor və teleaparıcı Murad Dadaşov çıxış edəcə5klər. Üçüncü seksiyaya Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov moderatorluq edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında