Siddhart Saksena: Bakı Beynəlxalq Humanitar Forumu yüksək səviyyədə təşkil olunduğuna görə uzun müddət yaddaşlarda qalacaqdır

Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycanın paytaxtında keçirilməsi bu ölkənin dünyada artan nüfuzunun bariz nümunəsidir. Forum yüksək səviyyədə təşkil olunduğuna görə inanıram ki yaddaşlardan uzun müddət silinməyəcəkdir. 
Bu sözləri II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Kembric Universitetinin professoru, Mərkəzi Asiya və Qafqaz Tədqiqatları Mərkəzinin sədri Siddhart Saksena AzərTAc-a müsahibəsində demişdir.
İki gün ərzində bizə verilən imkan aktual məsələlərin mütəşəkkil şəkildə müzakirə olunması, müxtəlif fikirlərin dinlənilməsi üçün gözəl platforma olmuşdur. Bu gün müxtəlif ölkələrdən elm sahələrinin mütəxəssisləri Bakıda bir araya gələrək müzakirələr apardılar. İstərdim ki, gənclər də bu işdə fəal olsunlar. Bildiyiniz kimi, Kembric Universiteti çox nüfuzlu təhsil ocağıdır. Mən Kembric Universitetinin professoru kimi çox istərdim ki, azərbaycanlı tələbələr də bizim universitetdə oxusunlar, işləsinlər.
Qonaq demişdir: "Bakı müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu gözəl şəhərdir, insanlarınız isə gülərüz, mehribandırlar".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında