İsmayıllı rayonunda baş vermiş zəlzələ nəticəsində zədələnən tikililərin sayı 400-ə çatmışdır

İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən yaradılmış operativ qrup oktyabrın 7-də baş vermiş zəlzələnin nəticələrinin araşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Operativ qrupun oktyabrın 10-dək apardığı araşdırmalar nəticəsində təbii fəlakət zamanı artıq 400-dək fərdi yaşayış evinin, həyətyanı tikilinin və ictimai binanın zədələndiyi müəyyən edilmişdir.
Zəlzələ ən çox rayonun Soltankənd, Ustal və Kəlbənd kənd yaşayış məntəqələrinə ziyan vurmuşdur. Bu yaşayış məntəqələrində köhnə binalara daha çox zərər dəymişdir.
Zəlzələnin nəticələri ilə əlaqədar Fövqəladə Hallar, habelə Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri tərəfindən daha dəqiq, əsaslandırılmış rəy veriləcəkdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında