Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə hökumət komissiyası üzvlərinin iştirakı ilə Sabirabad rayonunda müşavirə keçirilmişdir

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə hökumət komissiyası üzvlərinin iştirakı ilə iyunun 22-də Sabirabad rayonunda müşavirə keçirilmişdir.
Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə keçirilən müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə və digər hökumət üzvləri iştirak etmişlər.
Müşavirədə Sabirabad, Saatlı və İmişlidə salınacaq yeni kəndlərin ərazilərinin seçilməsi ilə bağlı məsələ müzakirə olunmuş, əhalinin normal yaşayışı üçün tez bir zamanda lazımi infrastrukturun yaradılması qərara alınmışdır. Kürün birinci və ikinci bəndləri arasında yaşayan sakinlər də təhlükəsiz yerlərə köçürüləcəkdir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində bildirmişdir ki, müşavirədə zərər çəkmiş evlərin təmirinə sabahdan başlanılmasına qərar verilmişdir. Evlərin uçmadığı kəndlər köçürülməyəcəkdir. İkinci bənddən sonrakı kəndlərin gələcəkdə təhlükəsizliyini təmin etmək üçün təhlükəli yerlərdə bəndlərin möhkəmləndirilməsi və yeni bəndlərin tikilməsi məsələsi müzakirə olunmuşdur. Yəqin ki, bu məsələ də öz həllini layihələr təqdim olunduqdan sonra tapacaqdır.
Müşavirədə, həmçinin əhaliyə ödəniləcək konpensasiya məsələsi də müzakirə olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında