ABŞ-da Azərbaycan haqqında kitab çapdan çıxmışdır

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Azərbaycan haqqında kitab çapdan çıxmışdır. 
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən ingilis dilində nəşr olunmuş kitab ölkəmizlə bağlı həqiqətlərin ABŞ ictimaiyyətinə daha geniş şəkildə çatdırılması məqsədini daşıyır.
Baş konsulluqdan bildirmişlər ki, nəfis tərtibatda nəşr edilmiş, 120 səhifədən ibarət olan "Azərbaycan - gələcəyi qurarkən" (Azerbaijan - Embracing the Future) kitabında ölkəmizin coğrafiyası, zəngin tarixi, mədəniyyəti, incəsənəti, güclü etnik və dini tolerantlıq ənənələri, dövlət quruluşu, xarici siyasəti, sürətli iqtisadi inkişafı, turizm potensialı, Ermənistan tərəfindən torpaqlarımızın işğalı və digər maraqlı mövzular barədə geniş məlumatlar əksini tapmışdır. Bakı şəhərinin və ölkəmizin digər dilbər guşələrinin rəngarəng şəkilləri kitabın müxtəlif bölmələrini bəzəyir.
Kitabın ABŞ-da hökumət və qeyri-hökumət qurumları, biznes dairələri, elm, təhsil və mədəniyyət ocaqları, KİV-lər, eləcə də digər təşkilatlar və şəxslərə göndərilməsi nəzərdə tutulur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında