Azərbaycanlı deputatlar Dünya Demokratiya Forumunda iştirak edirlər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasından dərhal sonra Strasburqda Dünya Demokratiya Forumu işə başlamışdır. 
Oktyabrın 11-dək davam edəcək Forum "Demokratiya köhnə modellər və yeni reallıqlar arasında" devizi altında keçirilir. Azərbaycan Milli Məclisinin deputatları Rafael Hüseynov, Rövşən Rzayev, Sabir Hacıyev də forumun iştirakçıları arasındadırlar.
Oktyabrın 8-də AŞPA-nın əsas iclas zalında keçirilən rəsmi açılış mərasimində Avropa Şurasının baş katibi Torbyorn Yaqland, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun, Tunis Prezidenti Monsef Marzuki, Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon və digərləri çıxış edərək universal dəyərlər, qlobal dəyişikliklər və regional gerçəkliklər müstəvisində demokratiya problemlərindən danışmışlar.
Forum işini bir neçə mövzu istiqamətində, ayrı-ayrı bölmələr üzrə davam etdirir. Oktyabrın 9-da müxtəlif seksiyalarda forum iştirakçıları demokratiya ekstremizm əleyhinə, iqtisadi böhranın demokratiyaya təsirləri, internet, yeni kütləvi informasiya vasitələri və demokratiya kimi maraqlı mövzular ətrafında diskussiyalara qatılmışlar. Forum iştirakçısı olan Milli Məclisin deputatları "dəyirmi masa"larda fəal iştirak edir, qaldırılan problemlərlə bağlı ölkəmizdə görülən işlərdən, demokratik təsisatların daha artıq bərqərar olması istiqamətində atılan addımlardan danışır, müzakirəyə çıxarılan məsələlərlə əlaqədar Azərbaycanın mövqeyini ifadə edirlər.
AŞPA-nın yenicə başa çatmış sessiyasında "Avropa ali təhsil məkanının birliyi və beynəlxalq açıqlığı" mövzusunda məruzəsi böyük müvəffəqiyyətlə qəbul edilmiş deputat Rafael Hüseynov "Təhsil və demokratik mədəniyyət" mövzusunda "dəyirmi masa"da ABŞ, İtaliya, Fransa, Əlcəzair, Polşa, İndoneziya təmsilçiləri ilə birgə problemlə bağlı düşüncələrini bölüşmüşdür.
Aparılan müzakirələrin, söylənən fikirlərin, yanaşmalardakı müxtəlifliyin əhəmiyyətini nəzərə alaraq forumun bütün materiallarının ingilis və fransız dillərində ayrıca kitab halında nəşr edilməsi nəzərdə tutulmuşdur.

{nl}


Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında